Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7630/2024 23.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, Şəxs AR İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Sabunçu Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və və ona əlavə olunmuş sənədləri Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı şəhər Sabunçu rayon Məhkəməsinə Şəxs AR İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Sabunçu Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar daxil olmuşdur. Qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar ona əlavə olunmuş sənədlərlə natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Həmin Məcəllənin 54.5-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərarda bu Məcəllənin 100-cü maddəsində olan məlumatlar göstərilir. Bu Məcəllənin 102.2-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar bu Məcəllənin 103-cü maddəsində müəyyən edilmiş müddətdə baxılması üçün hakimə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Şəxs AR İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Sabunçu Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar xx.xx.2024-cü il tarixdə qəbul edilmiş, məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim olunmuş, lakin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə təqdim olunmamışdır. Bundan başqa iş materiallarından məlum olur ki, zərərçəkmiş şəxs vəfat etmişdir. Lakin zərərçəkmiş şəxsin hüquqi varisi müəyyən olunmamış və inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə ona məlumat verilməmişdir. Şəxs AR İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar nə ona, nə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə təqdim edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edir. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Sabunçu Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Sabunçu Rayon Prokurorluğuna geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs AR İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Sabunçu Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Sabunçu Rayon Prokurorluğuna geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-7630/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7630/2024
23.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver