Məhkəmə qərarları › İş №3(008)-7683/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7683/2024

25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7683/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə rəisi, polis mayoru Nadir Vəliyevin, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1996-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 25 noyabr 2024-cü il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən 24 noyabr 2024-cü il tarixdə Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yaşayan Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və 25 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 X2 Narkoloji tibbi yoxlama zamanı 7447 nömrəli Rəydə Şəxs sidiyində THC (+) aşkar olunmuşdur. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, 24 noyabr 2024-cü il tarixdə doğum günü ilə bağlı olaraq spirtli içki və narkotik vasitə istifadə etmişdir. Polislər ona yaxınlaşanda içkili olduğu üçün aralarında mübahisə yaranmışdır. Beləliklə o, törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə halların təkrarlanmayacağına söz vermişdir. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-ci PŞ-nin sahə rəisi, polis mayoru Nadir Vəliyev məhkəməyə verdiyi izahatında bildirdi ki, 24 noyabr 2024-cü il tarixdə Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yaşayan Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və 25 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 X2 Narkoloji tibbi yoxlama zamanı 7447 nömrəli Rəydə Şəxs sidiyində THC (+) aşkar olunmuşdur. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 25 noyabr 2024-cü il tarixli, MN ******* və MN ******* saylı protokollardan görünür ki, Şəxs 24 noyabr 2024-cü il tarixdə Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda yaşayan Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və 25 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X3 X2 Narkoloji tibbi yoxlama zamanı 7447 nömrəli Rəydə Şəxs sidiyində THC (+) aşkar olunmuşdur; 24 noyabr 2024-cü il tarixli raportdan görünür ki, 24 noyabr 2024-cü il tarixdə saat 22:55-də 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis kapitanı B.Sadıqzadə zəng edərək Bilgəh qəsəbəsi, Zəfəran sovxozunda münaqişə olması barədə məlumat vermişdir. Əməliyyat qrupu dərhal həmin ünavana gedərək, həmin ünvanda bir nəfər şəxsin sərxoş vəziyyətdə ailə üzvləri ilə mübahisə etdiyini görmüş və onlar onu sakitləşdirməyə çalışsalar da onlara məhəl qoymayaraq, onların qanuni tələblərini pozaraq tabesizlik göstərmişdir. Onlar onu güclə də olsa 14-cü Polis Şöbəsinə gətirmişdirlər. Şöbədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur; 25 noyabr 2024-cü il tarixli, 7447 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində THC (+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış və tibbi müayinə zamanı narkotik vasitədən istifadə etdiyi aşkar edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 25 noyabr 2024-cü il tarixdə protokol tərtib etmək üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbs etməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 25 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 25 noyabr 2024-cü il tarixindən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar