Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7684/2024 25.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, inzibati protokolu tərtib etmiş şəxs Məhəmmədəli Məmmədov, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi ev 25-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1 və 510-cu maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: 24 noyabr 2024-cü il tarixdə Bakıxanov qəsəbəsində ** RR *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Fərid İbrahimovun avtomobili yol kənarında saxlayaraq “Publika” Pub adlı obyektə girərkən Şəxs obyektin qarşısında polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, yüksək səslə danışaraq ünvanlarına nalayiq ifadələr işlədərək xuliqanlıq etmiş, avtomobilin sahibi Fərid İbrahimovun qaçmasına şərait yaratmışdır. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru Məhəmmədəli Məmmədov tərəfindən MN № ******* və MN № ******* saylı, 25 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolları tərtib etmiş şəxs Məhəmmədəli Məmmədov izahatında göstərmişdir ki, Şəxs 24 noyabr 2024-cü il tarixdə saat 01:00 radələrində Bakıxanov qəsəbəsində, “Publika Pub” adlı obyektin qarşısında ** RR *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Fərid İbrahimovun avtomobili yol kənarında saxlayaraq “Publika” Pub adlı obyektə girərkən Şəxs obyektin qarşısında polis əməkdaşı Murad Hüseynlinin xidməti vəzifəsini icra edərək Fərid İbrahimovun arxasınca getməsinə maneə olaraq, qabağını kəsmiş, polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış, polis əməkdaşı yüksək səslə danışaraq ünvanlarına nalayiq ifadələr işlədərək xuliqanlıq etmişdir. Bu səbəbdən də raportla şöbə rəisinə müraciət olunaraq tərəfindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510-cu maddələrinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolları müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, polislə aralarında anlaşmazlıq olmuşdur. 24 noyabr 2024-cü il tarixdə saat 01:00 radələrində Bakıxanov qəsəbəsində, “Publika Pub” adlı obyektin qarşısında polis əməkdaşının qabağına çıxaraq hara və nə məqsədlə getməsini soruşmuş, polis əməkdaşlarına qarşı başqa heç bir müqavimət göstərməmiş və təhqir etməmişdir. Polis əməkdaşının qabağını kəsərək, ona söz deməsi ilə bağlı peşman olduğunu, “bir hadisədir” baş verdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında göstərmişdir ki, 24 noyabr 2024-cü il tarixdə saat 01:00 radələrində Bakıxanov qəsəbəsində, “Publika Pub” adlı obyektin qarşısında ** RR *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin sahibi Fərid İbrahimov avtomobili qanuni tələblərinə əməl etməyərək, nəqliyyat vasitəsini yol kənarında saxlayaraq “Publika” Pub adlı obyektə girmiş, xidməti maşınından düşərkən Şəxs obyektin qarşısında onun qabağını kəsərək əlini “paqonunun” üzərinə qoyaraq “cavan oğlan” hara girirsən, sən kimsən obyektə girəsən tipli ifadələr işlədərək nalayiq ifadələr ilə ona qarşı hörmətsizlik edərək, Fərid İbrahimovun qaçmasına şərait yaratmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəh., Sabunçu rayon prokurorluğuna məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında prokurorluğun nümayəndəsinin iştirakı təmin olunmamış və işin baxılmasının təxirə salınması barədə heç bir vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə işə Bakı şəhər, Sabunçu rayon prokurorluğunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokolu ona əlavə edilmiş sənədlərlə birlikdə araşdırıb, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin izahatını dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs polis əməkdaşlarının ünvanlarına nalayiq ifadələr işlətməsinə dair və ictimai qaydanı pozan hərəkətlər edilməsi ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəisinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Şəxs 1/10811 saylı xx.xx.2024-cü il tarixli protokola əsasən yüngül sərxoşluq dərəcəsinin olması (0,8%) onun məsuliyyətini ağırlaşdıran hal hesab edilməlidir. İş üzrə Şəxs səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, ilk dəfə inziabti məsuliyyətə cəlb olunmasını, törətdiyi əməldən peşman olmasını və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-7684/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7684/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver