Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7730/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əziz-zadə Məlikəhməd Mahir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkarın nümayəndəsi X4 iştirakı ilə, xx xxxxxxx 1962-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ev 3, mənzil 10-da qeydiyyatda olan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 5 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Kontorunun 8i-21718 saylı, xx.xx.2019-cü il tarixli icra qeydinə əsasən 9020 manat pulu tələbkar X2 ödənilməsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6226/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 11 500 manat pulun tələbkar X9 ödənilməsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3623/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 4500 manat pulu tələbkar X15 ödənilməsindən, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4778/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar "xxxx"-un xeyrinə 519 manat pulun ödənilməsindən, Sabunçu Rayon Məhkəməsinin 2(008)-785/2022 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən tələbkarlar X10 və X13 24000 manat pulun ödənilməsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3239/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 2640 manat tələbkar X5 ödənilməsindən boyun qaçırmışdır. Bu barədə Sabunçu Rayon İcra Şöbəsinin məmuru X16 tərəfindən MN № ******* saylı, 19 dekabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X16 göstərmişdir ki, Şəxs 5 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Kontorunun 8i-21718 saylı, xx.xx.2019-cü il tarixli icra qeydinə əsasən 9020 manat pulu tələbkar X2 ödənilməsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6226/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən 11 500 manat pulun tələbkar X9 ödənilməsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3623/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən 4500 manat pulu tələbkar X15 ödənilməsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4778/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən tələbkar "xxxx"-un xeyrinə 519 manat pulun ödənilməsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-785/2022 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən tələbkarlar X10 və X13 24000 manat pulun ödənilməsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3239/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 2640 manat tələbkar X5 ödənilməsindən boyun qaçırmışdır. Həmçinin icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış elan edilmişdir. Ona görə də, Şəxs barəsində inzibati protokolun tərtibinə zərurət yaranmış və tərəfindən borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək onun Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, 5 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Kontorunun 8i-21718 saylı, xx.xx.2019-cü il tarixli icra qeydinə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6226/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3623/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4778/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-785/2022 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3239/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqələrindən məlumatı olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6226/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə X9 1500 manat, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3239/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X5 700 manat ödəniş etmişdir. Lakin gəlir yeri olmadığından maddi vəziyyəti ilə əlaqədar olaraq çox ödəniş edə bilmir. Ona yüngül inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən tələbkar X6 etibarnamə üzrə nümayəndəsi X11 izahatında göstərmişdir ki, Şəxs icra sənədi üzrə 11500 manat məbləğində pul vəsaitini tam ödəməmişdir. Ona görə də şikayətçidir. Ona inzibati tənbeh verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi, tələbkarın nümayəndəsini dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan 5 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Kontorunun 8i- 21718 saylı, xx.xx.2019-cü il tarixli icra qeydinə əsasən Şəxs 9020 manat tutlaraq X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6226/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Şəxs 11500 manat tutularaq X7 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3623/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 4500 manat tutularaq X14 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4778/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 519 manat borc və 30 manat dövlət rüsumu tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-785/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 24000 manat tutularaq tələbkarlar X17 və X12 xeyrinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3239/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Şəxs 2600 manat borc və 46 manat dövlət rüsumu tutularaq X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan “bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” 16 sentyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, 5 saylı Bakı ASAN Xidmət Mərkəzinin Notariat Kontorunun 8i-21718 saylı, xx.xx.2019-cü il tarixli icra qeydi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6226/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3623/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4778/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 785/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3239/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədi bir icraatda birləşdirilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-1615/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardan çıxaırşın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)-3472/2022 saylı, 09 iyun 2022-ci il tarixli qərardan çıxaırşın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, barəsində axtarış elan edildikdən sonra polis əməkdaşları ilə Sabunçu Rayon İcra Şöbəsinə gəlməsini və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 19 dekabr 2023-cü il tarixdən saat 18:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-7730/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7730/2023
19.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver