Məhkəmə qərarları › İş №3(008)-7732/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7732/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7732/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X10 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru Hafiz İsrəfilovun, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda omaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 26 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-353 saylı, 28 mart 2022-ci il tarixli qərəzli olaraq X3 5310 manat aliment ödəməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru Hafiz İsrəfilov tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Məmmədov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-353 saylı, 28 mart 2022-ci il tarixli icra sənədinə əsasən ondan X1 xeyrinə, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər birinə görə hər ay 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Aliment borcundan 1252 manat məbləğində ödəniş etmişdir. 2023-cü il iyul ayına qədər olan müddət ərzində aralarında razılıq olmuşdur. Lakin sonradan Khydyarova Günel bu razılıqdan imtina etmişdir. Qərar qəbul edildiyi gündən hər iki uşağa o baxmışdır. Hazırda uşaqlardan biri onun yanında qalır, lazım olan xərclərini çəkərək ehtiyaclarını ödəyir. Hesab edir ki, buna görə X3 qarşı heç bir aliment borcu yoxdur. Uşağın onun himayəsinə verilməsi ilə bağlı məhkəməyə müraciət edib, buna görə də qalan aliment borcundan ödəniş etmək niyyətində deyil, göstərilənlər nəzərə alınaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 bildirmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-353 saylı, 28 mart 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs onun xeyrinə, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər birinə görə hər ay 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. Aliment borcundan 1252 manat məbləğində ödəniş etmişdir. 2023-cü il iyul ayına qədər olan müddət ərzində aralarında razılıq olmuşdur. Lakin sonradan o bu razılıqdan imtina etmişdir. Uşaqlarından biri məktəbi dəyişə bilmədiyi üçün atasının yanında qalmaq məcburiyyətində qalmışdır, tezliklə uşağın məktəbini dəyişib götürəcəkdir. Hazırda iyul ayından bu günədək olan aliment borcunun ödənilməsini tələb edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-353 saylı, 28 mart 2022-ci il tarixli icra sənədinə əsasən Şəxs X1 xeyrinə, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər birinə görə hər ay 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment tutulmalıdır; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, 2(008)-353 saylı, 28 mart 2022-ci il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, Şəxs tərəfindən qərar və bildiriş xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir; Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, Şəxs uşaqlardan birinin onun yanında qalması səbəbindən aliment ödəmədiyini bildirmişdir. Məhkəmə onun bu izahatını özünümüdafiə xarakterli izahat kimi qiymətləndirir, belə ki, sözügedən icra vərəqəsinə əsasən iki uşağa görə aliment ödənilməsi qət edilmişdir. Uşaqlardan birinin onun yanında qaldığı halda belə bu hal Şəxs digər uşağa görə aliment ödəməsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, Şəxs 2023-cü ilin iyun ayına qədər zərərçəkmiş şəxslə aralarında aliment borcunun ödənilməməsi barədə razılığa gəlsələrdə, həmin müddətdən sonra məhkəmə qərarının icra edilməsi ilə bağlı hər hansı hərəkət etməmiş, qətnamənin icrasına laqeyd münasibət göstərərək səhlənkar yanaşmışdır. Məhkəmə baxışında 26 noyabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-353 saylı, 28 mart 2022-ci il tarixli icra sənədləri üzrə aliment borcunu tam olaraq ödəməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 26 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs 26 noyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar