Məhkəmə qərarları › İş №3(008)-7736/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7736/2024

26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7736/2024 26.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, tələbkar X1 iştirakı ilə, xx xxxx 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X9 küçəsi döngə 5, ev 6 ünvanında qeydiyyatda olan və yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin e-2(008)-5178/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli icra vərəqəini icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin 2(008)-5178/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli icra vərəqinə əsasən Şəxs xx.xx.2019-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 6600/2020-005 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən təyin olunmuş 170 manat alimentin miqdarı artırılaraq hər ay 220 manat pul məbləğində aliment qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanaraq X1 xeyrinə tutulmalıdır. Məhkəmə iclasında Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X5 göstərmişdir ki, Bakı şəhər Sabunçu rayon Rayon Məhkəməsinin 2(008)-5178/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli icra vərəqinə əsasən icraata başlamaq haqqında qərarlar qəbul edilərək borclu Şəxs xəbərdarlıq edilmişdir. Borclu icra sənədləri üzrə borcunu əvvəllər ödəsə də, son vaxtlar ödəməkdən yayınır. Borclu Şəxs icra vərəqəsinin icrasından yayındığı üçün, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əlavə olaraq tələbkar X3 tərəfindən verilmiş Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılmadan geri qaytarılması barədə ərizəyə etiraz etmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, əvvələr işlədiyi üçün aliment borcu onun əmək haqqından tutulmuşdur. Lakin işdən ayrıldığı üçün bir müddətdir ki, üzürlü səbəbdən borcu ödəyə bilmir. Borc məbləğini hissə-hissə ödəyərək tam bağlayacağına söz verir. Əlavə olaraq məhkəmə fasiləsi zamanı tələbkar Hökümə İsmayılova ilə borcun ödənilməsi ilə bağlı müvəqqəti razılığa gəldiyini, onun tərəfindən verilmiş inzibati xəta haqqında protokola baxılmadan geri qaytarılması barədə ərizəyə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında tələbkar X3 izahatında göstərmişdir ki, Şəxs əvvəllər borcunu ödəsə də, son vaxtlar ödənişlər etmir. Məhkəmə fasiləsi zamanı Şəxslə razılığa gələrək, ərizə təqdim edərək Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin və Hökümə İsmayılovanın izahatlarını dinləyib hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, borclu Şəxs əmlak vəziyyəti yoxlanılmamış, digər icra tədbirləri görülməmiş, icra sənədi üzrə hansı məbləğdə ödəniş edilməsi, nə qədər borcun qalması və tələbkarın borclu ilə razılığa gəlmək imkanı tam araşdırılmamışdır. İnzibati xəta haqqında protokola icra sənədi, icraata başlamaq haqqında qərar, Şəxs göndərilmiş bildiriş, xəbərdarlıq və onun ayrı-ayrı vaxtlarda verdiyi izahatlar əlavə edilmişdir. Borcluya ayrı-ayrı vaxtlarda xəbərdarlıqlar göndərilməklə və izahatlar alınmaqla kifayətlənilmişdir. Məhkəmə iclasında tələbkarın ərizə təqdim edərək razılıq əldə etmə imkanı onu deməyə əsas verir ki, inzibati xəta haqqında protokol tərtib edilərkən razılaşmanın olma imkanı nəzərə alınmalı olan hallardan biridir. Tərtib edilmiş protokol üzrə maddənin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan, inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Məhkəmə baxışında baxılma müddətinin dərhal olması qeyd edilən natamamlıqların aradan qaldırılmasına imkan vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar