Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7742/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ənvərlinin katibliyi, Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Vəzifəli şəxs X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən vəzifəli şəxs X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş 19 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vəzifəli şəxs X7 tərəfindən ünvan 1 ünvanında yerləşən “Helium Şarlar” adlı obyektin üzərində 19 noyabr 2024-cü il tarixdə, saat 14:15-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun çıxış edərək X7 barəsində qanunamüvafiq qərar qəbul edildiyini bildirmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq nümayəndə hələ bu gün barəsində inzibati qaydada icraat aparılan şəxs tərəfindən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinə reklamın yerləşdirilməsi üçün icazə verilməsinə dair ərizə ilə müraciət edildiyini, bu halın inzibati xəta haqqında protokol tərtib edilən zaman mövcud olmuş inzibati xətanı aradan qaldırmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati qaydada icraat aparılan şəxs X6 və səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq X7 telefon vasitəsi ilə əlaqə saxlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, reklam üçün yenidən Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinə müraciət edildiyini, həmin obyekti hazırda başqa şəxsin işlətdiyini, lakin həmin şəxslə müqavilə bağlanmadığını, onun barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edildiyini bildirmişdir. Məhkəmə meteriala barəsində inzibati qaydada icraat aparılan şəxs X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən tərtib edilmiş 19 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X7 tərəfindən ünvan 1 ünvanında yerləşən “Helium şarlar” adlı obyektin üzərində 19 noyabr 2024-cü il tarixdə, saat 14:15-də müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmiş, bu səbəbdən vəzifəli şəxs X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Helium Şarlar” adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirilmişdir. “Açıq məkanda reklam yerləşdirilməsinə dair icazə verilməsi barədə” 20 noyabr 2023-cü il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən “Helium şarlar” adlı obyektin üzərində reklamım yerləşdirilməsi 01 noyabr 2023-cü il tarixdən hesablanmaqla 06 ay müddətə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeydinə əsasən Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir ki, vəzifəli şəxs X7 tərəfindən ünvan 1 ünvanında yerləşən “Helium Şarlar” adlı obyektdə müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmiş, bununla da X7 tərəfindən AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X7 məhkəmə iclasında iştirak etməsə də, telefon vasitəsi ilə əlaqə saxlayaraq sözügedən obyekti işlətmək üçün başqa şəxsə verdiyini, bu səbəbdən də onun özünün inzibati məsuliyyətə cəlb edilməsinin qanuni olmadığını bildirsə də, məhkəmə ünvan 1 ünvanında yerləşən “Helium Şarlar” adlı obyektin başqa şəxsin istifadəsində olmasını təsdiq edən hər hansı müqavilənin və ya digər rəsmi sənədin olmadığını nəzərə alaraq sadəcə barəsində inzibati qaydada icraat aparılan şəxsin hər hansı sübuta əsaslanmayan arqumentinə əsaslanmaqla onun məsuliyyətdən kənarda qalmasını yolverilməz hesab edir. Barəsində inzibati qaydada icraat aparılan şəxsin digər arqumenti reklam yerləşdirilməsinə icazə verilməsi ilə əlaqədar artıq Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsinə müraciət edilməsi olmuşdur ki, həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, inzibati xəta baş verdikdən sonra müvafiq pozuntunun aradan qaldırıması ilə addımlar atılması, vaxtında edilməli olan tədbirlərin inzibati xəta baş verdikdən sonra edilməsi inzibati xətanın törədiməsi faktını aradan qaldırmamaqla inzibati xəta haqqında iş üzrə icraata qanunda nəzərdə tutulmamış əsasla xitam verilməsi üçün əsas ola bilməz (Nəzərə alınsa ki, AR İXM-nin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsindən sonra edilmiş tədbirlər nəticəsində həmin inzibati xəta ilə əlaqədar başlanmış inzibati icraata xitam verilməsi əsasları AR İXM-də nəzərdə tutulmamış və əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi andan inzibati xəta baş vermiş hesab olunur). Odur ki, X7 AR İXM-nin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı vəzifəli şəxs X5 məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, vəzifəli şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7742/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7742/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver