Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-775/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi, X1 iştirakı ilə, X1 Bakı şəhər Sabunçu rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Sabunçu rayon X10 Şöbəsinin 02 aprel 2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o hal hazırda yuxarıda qeyd olunan ünvanda qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə polis əməkdaşı tərəfindən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və o Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinırık 40 manat inzibati cərimə tətbiq edilmişdir. Həqiqətən sözügedən hadisə onun tərəfindən törədilməmişdir. O heç bir vaxt yəni avtoqəzanın baş verdiyi vaxtda hadisə törətməmişdir. Hadisənin fotoşəkillərinə baxılarkən müəyyən edilir ki, hadisə vaxtı o sözügedən maşında olmamış və maşını idarə etməmişdir. Həmin vaxt tamamilə başqa bir maşın yəni 208 saylı marşrutu idarə etmişdir. Polis işçisi isə işin bu halını araşdırmamış və qanunsuz bir qərarın qəbul edilməsinə nail olmuşdur. O ona polis işçisi tərəfindən dərhal inzibtai xəta haqqında protokol və qərar verilsə idi, o dərhal şikayətini verərdi. O, vəkil vasitəsilə protokol və qərarı əldə etdikdən sonra şikayət etmişdir. Hazırdada o bu maddə ilə özünü təqsirli bilmir və qeyd edir ki, hadisənin fotogörüntülərinə baxılsa onun heç bir günahının olmayacağı müəyyən ediləcəyini bildirmişdir. Polis onun izahatını təhrif etmiş və o özü də həmin izahata qol çəkməmişdir. Bakı şəhəri Polis Şöbəsinin DYPİ-nin əməkdaşı Sahib Mirzəyev tərəfindən onun barəsində qəbul etdiyi xx.xx.2024-cü il tarixli inzibtai təınbeh vermə haqqında qərarı etibarsız hesab edilməsi barəsində müvafiq məhkəmə aktını qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X2 izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 02 aprel 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2024-cü il tarixində saat 18:40-da Bakı, Babək (Zabrat), 53 ünvanı ərazisində “DAEWOO BS090 AVTOBUS” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; 02 aprel 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixində saat 18:40-da Bakı, Babək (Zabrat), 53 ünvanı ərazisində “DAEWOO BS090 AVTOBUS” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr nəticəsində, Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 40 manat məbləğində cərimə tətbiq edilmişdir; X6 iş materiallarında olan izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 18:40-da yol vərəqəsi ilə idarə etdiyi “DAEWOO BS090 AVTOBUS” minik markalı, **-TG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Maştağa qəsəbəsində hərəkət edərək Maştağa-Zabrat yoluna sağa dönərkən düzgün manevr etmədiyindən eyni istiqamətdə sağ tərəfindən sağa dönən “TOYOTA RAV 4” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobili sol yan tərəfindən dəyərək toqquşmuşdur. Hadisə zamanı bədən xəsarətləri alan olmamışdır; X5 izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə saat 18:40-da özünə məxsus “TOYOTA RAV 4” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil Maştağa-Zabrat yoluna çıxarkən qarşısında 2-ci yolda dayanan “DAEWOO BS090 AVTOBUS” minik markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı 197 nömrəli marşrut dayanmışdır. O da maşını 1 nömrəli yola keçib, svetoforun qırmızı işığında saxlamışdır. Yaşıl işıq yandıqdan sonra yerindən tərpənəndə həmin avtobus sürücüsü qəflətən sağa verib avtomobilini sol tərəfəfindən vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan 02 aprel 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, protokol sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamışdır. Məhkəmə qeyd edir ki, X4 müdafiəçisi tərəfindən Transkontrol MMc-nə və Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində olan AYNA-ya X4 29 mart 2024-cü il tarixdə Bakı şəhərində hansı avtobusu idarə etməsi ilə bağlı müvafiq sənədlərin qısa zamanda məhkəməyə təqdim edilməsi xahiş edilsə də, eyni zamanda MMC ilə dəfələrlə əlaqə saxlanılsa da, sorğuya cavab verilməmişdir. Halbuki, İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bundan başqa, iş materiallarına əlavə edilmiş izahatın surətindən görünür ki, X4 izahatı onun tərəfindən imzalanmamışdır. Beləliklə, X6 barəsində Bakı şəhər Sabunçu rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin X6 həmin qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, X4 şikayəti təmin edilməli, Bakı şəhər Sabunçu rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Sabunçu rayon X10 Şöbəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsilə inzibati xəta törətməsinə dair Bakı şəhər Sabunçu rayon X10 Şöbəsi tərəfindən qəbul edilmiş 02 aprel 2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Sabunçu rayon X10 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-775/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-775/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver