Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-784/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi ilə, Zərərçəkmiş şəxs X iştirakı ilə, 03.03.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, X evdə yaşayan Şəxsin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 27 yanvar 2025 Şəxs Ramanı qəsəbəsindən üzü Sabunçu qəsəbəsi istiqamətində hərəkətdə olub, sola-geriyə dönərkən, eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə hərəkət edən “Toyota Auris” maz 77-BB-416 dövlət qeydiyyat nişanlı avtobillə toqquşmuş zərbədən “Toyota Auris” markalı avtomobil yolun sağına çıxaraq fərdi yaşayış evinin daş divarına və qaz boru xəttinə çırpılmışdır. Nəticədə sonuncu avtomobilin sürücüsü şəxs yüngül bədən xəsarəti almışdır. Zərərçəkmiş şəxs X izahatında göstərmişdir ki, 14 sentyabr 2024-cü il tarixdə saat təxminən 16:20 radələrində “MERCEDES” markalı avtomobilin onun hərəkət etdiyi zolağa doğru ara yola dönüş etdiyini görərək hadisədən yayınmaq məqsədi ilə avtomobili sola doğru hərəkətini davam etdirdiyi üçün sonuncunun idarə etdiyi avtomobilin sol tərəfi həmin avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Şəxs ilə barışmışdır və ondan heç bir tələb və ya şikayəti yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin 24.09.2024-cü il tarixli 2318 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Şəxsin sol təpə-gicgah nahiyəsinin dərialtı hemotoması, sol gözyuvası ətrafı nahiyəsinin və döş qəfəsinin qançırları, sol dirsək oynağı nahiyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarətlərin bərk küt əşyaların təsirindən törənməsi, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi, törənmə müddəti 14.09.2024-cü il tarixə uyğun gəlməsi və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müdətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 14.09.2024-cü il tarixli, 118390 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi protokolondan görünür ki, Şəxs ayıq olmuşdur. Şəxs 17.02.2025-ci il tarixli ərizəsindən görünür ki, Şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Şəxs «26.12.2024-ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən görünür ki, Şəxsin əməlində cinayət tərkibi deyil inzibati xəta olması müəyyən edilmişdir. Vətəndaş Şəxsin və digərilərinin yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almaları faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “MERCEDES-BENZ” 220 minik markalı 10-VG-760 dövlət nişanlı avtomobilin sürücüsü Şəxs barəsində İXM 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədilə qərarın surəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Şəxs iş materiallarında olan izahatında göstərmişdir ki, Qaraçuxur qəsəbəsi istiqamətində hərəkətdə olarkən Bakı şəhəri, Sabunçu rayon Sabunçu qəsəbəsi Ə.Bağırov küçəsi üzü Ramana qəsəbəsinə doğru hərəkət edərək Tayota markalı avtomobilin sürətlə gəlməsini görmüş. Həmin avtomobil onun avtomobil ilə toqquşmuş toqquşmuş zərbədən “Toyota Auris” markalı avtomobil yolun sağına çıxaraq fərdi yaşayış evinin daş divarına və qaz boru xəttinə çırpılmışdır, hadisə zamanı Şəxsin anası yüngül bədən xəsarəti almışdır Zərərçəkmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Sabunçu rayonu Ramana istiqamətində hərəkət edən zaman qarşıdan gələn “MERCEDES” markalı avtomobilin onun hərəkət etdiyi zolağa doğru ara yola dönüş etdiyini görərək hadisədən yayınmaq məqsədi ilə avtomobili sola doğru hərəkətini davam etdirdiyi üçün sonuncunun idarə etdiyi avtomobilin sol tərəfi həmin avtomobilin qabaq hissəsi ilə toqquşmuşdur. Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 27 yanvar 2025-ci il tarixli AP seriyalı 0191434 nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxsin törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını(İXM- 32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDI: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-784/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-784/2025
17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver