Məhkəmə qərarları › İş №3(008)-7840/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7840/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7840/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vladimiroviçin iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan. Şəxs Vladimiroviçin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1, 510-cu maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Şəxs Vladimiroviç xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində X4 ilə birlikdə polisin qanuni tələbini pozaraq polis əməkdaşlarına tabesizlik göstərmişdir. Bundan başqa Şəxs Vladimiroviç xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Maştağa qəsəbəsində ucadan nalayiq söyüşlər söyərək xırda xuliqanlıq əməlini törətmişdir. Bununla da Şəxs Vladimiroviç İXM-in 510, 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X2 tərəfindən xx.xx.2024-cüil tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü PŞ-nin polis sahə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun zahat verərək məhkəmədən Şəxs Vladimiroviçin İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vladimiroviç bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu Talehlə birlikdə özünə məxsus avtomobillə evinə gedərkən polislər onu saxlamışdır. Həmin vaxt avtomobili yüksək sürətlə idarə etmişdir. Polislər onu saxlayarkən polislərlə bir qədər kobud danışaraq tabesizlik göstərmişdir. Lakin heç kimi söyməmiş və təhqir etməmişdir. Əvvəllər ağır atletika üzrə idmanla məşöul olmuşdur. Sonradan zədə aldığı üçün belində problem yaranmışdır. Bu səbəbdən xəstəliyi də onu bir qədər əsəbi etmişdir. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü PŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarxili, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 01:00 radələrində Maştağa qəsəbəsində ucadan nalayiq ifadələr işlətmiş, bununla da barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 14-cü PŞ-dən daxil olmuş xx.xx.2024-cüil tarxili, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X4 ilə birlikdə polisin qanuni tələbini yerinə yetirməmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli, AZA 018087 saylı protokoldan görünür ki, Şəxs Vladimiroviç xx.xx.2024-cü il tarixdə saat 01:30-da tutulmuşdur; İş materiallarında olan Sabunçu RPİ-nin ƏÇPA 8-ci patrul bölüyünün polis nəfərləri tərəfindən tərtib olunmuş raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə 01:00 radələrində Maştağa qəsəbəsində oğurluq hadisələri ilə bağlı inzibati ərazidə xidmətdə olan iki nəfər şəxsin özünü şübhəli apardığını görüb onlara yaxınlaşmışlar, özlərini təqdim etmiş, ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı şəxsiyyətlərini təsdiq edən sənədlər istədikdə sənədlərinin üzərlərində olmadığını bildirmişlər və suallara yayındırıcı cavablar vermişlər. Özlərini onlara Taleh və Aleksandr kimi tanıdan şəxsləri 14-cü PŞ-nə dəvət edib gətirən zaman onlardan qaçmağa çalışmışlar, nalayiq küçə söyüşləri söyməyə və əl-qol atmağa başlamışlar, çətinliklə də olsa həmin şəxsləri 14-cü PŞ-yə dəvət edib gətirərək raportla növbətçi hissəyə təhvil vermişlər. PŞ-də məlum olmuşdur ki, Taleh adlı şəxs xx.xx.1976-cı il təvəllüdlü X3, Aleksandr adlı şəxs isə Şəxsdir. Həmin şəxslər barəsində qanuni tədbir görülməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta kimi müəyyən edilmişdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. 31.4-1. İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında Şəxs Vladimiroviç tərəfindən xırda xüliqanlıq etməsini təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti aydın göstərilməmişdir. Belə ki, tərtib edilmiş raportda və inzibati xəta haqqında protokolda Şəxs Vladimiroviçin xx.xx.2024-cü il tarixdə Maştağa qəsəbəsində ucadan nalayiq söyüşləri söyməsi göstərilsə də, bu barədə raportu tərtib etmiş polis əməkdaşlarının şahid qismində dindirilməsi üçün məhkəmə iclasında iştirakları təmin edilməmişdir. Bundan başqa Şəxs Vladimiroviç məhkəmə iclasında bildirmişdir ki, o, heç kmi söyüb təhqir etməmiş, nalayiq ifadələr işlətməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs Vladimiroviçin İXM-nin 510-cu maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Vladimiroviç tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs Vladimiroviçin barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə Şəxs Vladimiroviçin AR İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Şəxs Vladimiroviç inzibati həbs tətbiq etmədən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirini tətbiq etməklə inzibati tənbehin məqsədlərinə çatmaq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Vladimiroviç Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar