Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7842/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X10 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsi X1, Hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin baş əmək müfəttişi X5 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 03 sentyabr 2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 03 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış Şahid2 və Şahid1 adlarına Nazirliyin “Əmək və Məşğulluq” alt sistemində müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X7 protokola etiraz edərək bildirmişdir ki, inzibati xəta haqqında protokolda qeyd edilmiş şəxslər Şahid1 və Şahid2 onların daimi işçiləri deyil, muzdlu işçilərdir. İşçilərdən biri 6 dəfə, digəri isə 3 dəfə günlük əmək müqaviləsi bağlanılmış, sonra xitam verilmişdir.Bununla bağlı əmək müqavilələrini məhkəməyə təqdim edir. İşçilərin Qarabağ ərazisinə girişi üçün onlar icazə istəmişlər. İcazə 2 aylıq müddətə verilir. Şahid1 və Şahid2 əmək müqavilələrinə xitam verildikləri tarixdən işlərə cəlb edilməmişdirlər. Odur ki, Şəxs MMC-nin barəsində tərtib edilmiş iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X8 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, iş X8 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən araşdırılır. 03 sentyabr 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış Şahid2 və Şahid1 adlarına Nazirliyin “Əmək və Məşğulluq” alt sistemində müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, Qarabağ ərazisində Şəxs MMC-də əmək müqaviləsinə əsasən ayrı-ayrı vaxtlarda işləmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixlərdən başqa yəni, əmək müqaviləsi olmadan Şəxs MMC-də işlərə cəlb edilməmişdir. Hazırda əmək müqaviləsi əsasında Ağdamda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ustalıq fəaliyyəti ilə məşğul olur. Şəxs MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, Qarabağ ərazisində ayrı-ayrı şirkətlərdə ayrı ayrı vaxtlarda işləmiş, o cümlədən Şəxs MMC-də əmək müqaviləsinə əsasən işləmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra Şəxs MMC-də işlərə cəlb edilməmişdir. Hazırda əmək müqaviləsi əsasında Ağdamda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ustalıq fəaliyyəti ilə məşğul olur. Şəxs MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. İş materiallarında ola və məhkəmə iclası zamanı tədqiq edilmiş: əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 2 nömrəli əmrdən görünür ki, Şəxs bölməsində “usta” vəzifəsində işləyən Şahid1 ilə bağlanılmış əmək müqaviləsinə “Azərbaycan Respublikası ƏM-nin 68.2 “a”- tərəflərindən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 4 nömrəli əmrdən görünür ki, Şəxs bölməsində “usta” vəzifəsində işləyən Şahid1 ilə bağlanılmış əmək müqaviləsinə “Azərbaycan Respublikası ƏM-nin 68.2 “a”- tərəflərindən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 1 nömrəli əmrdən görünür ki, Şəxs bölməsində “usta” vəzifəsində işləyən Şahid1 ilə bağlanılmış əmək müqaviləsinə “Azərbaycan Respublikası ƏM-nin 68.2 “a”- tərəflərindən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 5 nömrəli əmrdən görünür ki, Şəxs bölməsində “usta” vəzifəsində işləyən Şahid1 ilə bağlanılmış əmək müqaviləsinə “Azərbaycan Respublikası ƏM-nin 68.2 “a”- tərəflərindən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 28 nömrəli əmrdən görünür ki, Şəxs bölməsində “usta” vəzifəsində işləyən Şahid1 ilə bağlanılmış əmək müqaviləsinə “Azərbaycan Respublikası ƏM-nin 68.2 “a”- tərəflərindən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 4 nömrəli əmrdən görünür ki, Şəxs bölməsində “usta” vəzifəsində işləyən Şahid2 ilə bağlanılmış əmək müqaviləsinə “Azərbaycan Respublikası ƏM-nin 68.2 “a”- tərəflərindən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 3 nömrəli əmrdən görünür ki, Şəxs bölməsində “usta” vəzifəsində işləyən Şahid2 ilə bağlanılmış əmək müqaviləsinə “Azərbaycan Respublikası ƏM-nin 68.2 “a”- tərəflərindən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 18 nömrəli əmrdən görünür ki, Şəxs bölməsində “usta” vəzifəsində işləyən Şahid2 ilə bağlanılmış əmək müqaviləsinə “Azərbaycan Respublikası ƏM-nin 68.2 “a”- tərəflərindən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Bi.sosial.gov.az elektron sistemdən çıxarışdan görünür ki, Şahid1 xx.xx.2023-cü il tarixdən 61 gün müddətinə, xx.xx.2023-cü il tarixdən 61 gün müddətinə, xx.xx.2024-cü il tarixdən 62 gün müddətinə, xx.xx.2024-cü il tarixdən 60 gün müddətinə, xx.xx.2024-cü il tarixdən 61 gün müddətinə, xx.xx.2024-cü il tarixdən 31 gün müddətinə, xx.xx.2024-cü il tarixdən 61 gün müddətinə, xx.xx.2024-cü il tarixdən 31 gün müddətinə, xx.xx.2024-cü il tarixdən 92 gün müddətinə iş icazəsi verilmişdir. İcazəni sistemə daxil edən qurum "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Bi.sosial.gov.az elektron sistemdən çıxarışdan görünür ki, Şahid2 xx.xx.2023-cü il tarixdən 61 gün müddətinə, xx.xx.2024-cü il tarixdən 31 gün müddətinə, xx.xx.2024-cü il tarixən 92 gün müddətinə iş icazəsi verilmişdir. İcazəni sistemə daxil edən qurum "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şahid1 ilə əmək müqaviləsi bağlanılmış və usta kimi işə qəbul edilmişdir. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, hazırda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Şahid2 ilə əmək müqaviləsi bağlanılmış və usta kimi işə qəbul edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, 03 sentyabr 2024-cü il tarixli protokolda Şəxs MMC tərəfindənDaxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış Şahid2 və Şahid1 müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilsə də, həmin şəxslərin hansı tarixdə işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin in inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 Xidməti yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni Şəxs MMC tərəfindən icazəsiistənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara əmək müqavilələrinə xitam verildikdən sonra gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, Şəxs MMC tərəfindənorada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Əksinə, məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Şahid1 izahatında bildirmişdir ki, Qarabağ ərazisində Şəxs MMC-də əmək müqaviləsinə əsasən ayrı-ayrı vaxtlarda işləmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixlərdən başqa yəni, əmək müqaviləsi olmadan Şəxs MMC-də işlərə cəlb edilməmişdir. Hazırda əmək müqaviləsi əsasında Ağdamda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ustalıq fəaliyyəti ilə məşğul olur. Şəxs MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Eyni zamanda şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, Qarabağ ərazisində ayrı-ayrı şirkətlərdə ayrı ayrı vaxtlarda işləmiş, o cümlədən Şəxs MMC-də əmək müqaviləsinə əsasən işləmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra Şəxs MMC-də işlərə cəlb edilməmişdir. Hazırda əmək müqaviləsi əsasında Ağdamda "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ustalıq fəaliyyəti ilə məşğul olur. Şəxs MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Bi.sosial.gov.az elektron sistemdən çıxarışdan görünür ki, həmin şəxslər barəsində iş icazəsini sistemə daxil edən qurum Şəxs MMC deyil, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti olmuşdur. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 03 sentyabr 2024-cü il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs MMC tərəfindən protokolda adları qeyd edilən şəxslərin hansı tarixlərdə əməyə cəlb edilməsi göstərilməmiş, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız informasiya sistemindən əldə edilmiş məlumatlara istinad edilməklə Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2, 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXMnin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-7842/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7842/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver