Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7854/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi ilə, hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə 22 noyabr 2024-cü il tarixli. 00100-03247/24 saylı inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 73BA026/73ZA025 nömrəli nəqliyyat vasitəsi ilə İHR**********031 saylı, 18 sentyabr 2024-cü il tarixli invoys üzrə daxil olmuş yüklərə gömrük yoxlaması həyata keçirilən zaman 19 sentyabr 2024-cü il tarixli, **********1342 soröu nömrəli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində “Colgate” nişanlı diş məcunu 60 yer 4320 ədəd bəyan edildiyi halda 100 yer 7200 ədəd (40 yer, 2880 ədəd artıq), 7-ci mal mövqeyində “Calgon” nişanlı yuyucu və təmizləyici 50 yer 300 vasitə bəyan edildiyi halda 100 yer 600 ədəd olduğu (50 yer, 300 ədəd artıq), 8-ci mal mövqeyində “X3” təmizliyici vasitələr 10 yer 50 ədəd bəyan edildiyi halda 25 yer 125 ədəd (15 yer, 75 ədəd artıq) olduğu aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələri gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin 27 sentyabr 2024-cü il tarixli raportundan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 73BA026/73ZA025 nömrəli nəqliyyat vasitəsi ilə İHR**********031 saylı, 18 sentyabr 2024-cü il tarixli invoys üzrə daxil olmuş yüklərə gömrük yoxlaması həyata keçirilən zaman 19 sentyabr 2024-cü il tarixli, **********1342 soröu nömrəli gömrük bəyannaməsinin 6-cı mal mövqeyində “Colgate” nişanlı diş məcunu 60 yer 4320 ədəd bəyan edildiyi halda 100 yer 7200 ədəd, 7-ci mal mövqeyində “Calgon” nişanlı yuyucu və təmizləyici 50 yer 300 vasitə bəyan edildiyi halda 100 yer 600 ədəd olduğu, 8-ci mal mövqeyində “X3” təmizliyici vasitələr 10 yer 50 ədəd bəyan edildiyi halda 25 yer 125 ədəd olduğu aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aprılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 izahatından görünür ki, o, həmin izahatında malı göndərən şirkətin onlara məlumat vermədən sifarişdən artıq mal göndərdiyini bildirmişdir. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza” Birliyi tərəfindən verilmiş 21 noyabr 2024-cü il tarixli rəydən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “Colgate” nişanlı diş məcunun 01 ədədinin orta bazar qiyməti 0,95 manat, “Calgon” nişanlı yuyucu vasitənin 01 ədədinin orta bazar qiyməti 6,25 manat, “X5” təmizləyici vasitənin 01 ədədinin orta bazar qiyməti 19,3 manat məbləğində, ümumilikdə 6058,5 manat məbləğində müəyyən edilmişdir. İnzibati xəta haqqında 22 noyabr 2024-cü il tarixli. 00100-03247/24 saylı protokoldan görünür ki, Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 73BA026/73ZA025 nömrəli nəqliyyat vasitəsi ilə İHR**********031 saylı, 18 sentyabr 2024-cü il tarixli invoys üzrə daxil olmuş yüklərə gömrük yoxlaması həyata keçirilən zaman 19 sentyabr 2024-cü il tarixli, **********1342 saylı gömrük bəyannaməsinin 6-cı mal mövqeyində “Colgate” nişanlı diş məcunu 60 yer 4320 ədəd bəyan edildiyi halda 100 yer 7200 ədəd 40 yer, 2880 ədəd artıq), 7-ci mal mövqeyində “Calgon” nişanlı yuyucu və təmizləyici 50 yer 300 vasitə bəyan edildiyi halda 100 yer 600 ədəd olduğu (50 yer, 300 ədəd artıq), 8-ci mal mövqeyində “X3” təmizliyici vasitələr 10 yer 50 ədəd bəyan edildiyi halda 25 yer 125 ədəd (15 yer, 75 ədəd artıq) olduğu aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 482.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs Şəxs tərəfindən idxal olunmuş malların sayı barəsində düzgün məlumat verilməmiş və bəyan ediləndən artıq miqdarda ümumilikdə 6058,5 manat məbləğində mallar MMC tərəfindən idxal edilməklə AR İXM-nin 482.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114- 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin (6058,5 manat) 30 faizi, yəni 1817,55 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7854/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7854/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver