Məhkəmə qərarları › İş №3(008)-7860/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7860/2024

05.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7860/2024 05.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X3 iclas katibliyi ilə, X1 iştirakı ilə, X1 Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan 77FS392 dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xan Şuşinski küçəsi ilə Həsən Əliyev küçəsinin kəsişməsində hərəkət edərkən yol polis əməkdaşı tərəfindən qanunsuz olaraq saxlanıldı. Ona bildirdiyinə görə işıqforun qırmızı işığında keçmişdir. Qadağanedici işıqda keçmədiyini bildirərək etiraz etsə də, polis məmuru xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında iş üzrə Qərar qəbul etdi və bu qərara əsasən onu Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsində təqsirli bilinərək, 100 (bir yüz) manat məbləğində inzibati cərimə növündə inzibati məsuliyyətə cəlb olunmuşdur. İlk öncə qeyd etmək istəyir ki, o yolda hərəkət edərkən qırmızı işıq deyil, yaşıl işıq yanırdı. Yalnız yol ayrıcına daxil olduqdan sonra sarı işıq yanmışdır ki, həmin an nə önə, nə də geriyə hərəkət etmək imkanında deyildi. Müvafiq elektron sistemdə heç bir video və ya fotoşəkil əlavə edilməmişdir. Dəfələrlə yol ayrıcında olarkən sarı işığın yandığını, yol ayrıcına daxil olarkən isə yaşıl işıq yandığını desə də, ona qulaq asmamışdır. Məhkəmə birinci dəfə şikayətinə baxanda iş üzrə araşdırma edib, görüntüləri nəzərdən keçirərək qərara almışdır ki, polis orqanı düzgün araşdırmamış və qərarı təsdiq edən mötəbər sübutların olmadığını müəyyən etmişdir. Məhkəmə qərarı qəbul edilməsinə baxmayaraq polis orqanı avtomobilin üzərinə həbs qoymuş, eyni zamanda da 60 manat əlavə dəbbə hesablamışdır. Qanunsuzluqların sayı-hesabı bitməməkdədir. Məhkəmə tərəfindən qüvvədən salınmış qərarı polis orqanı necəsə icra edib. Bununla bağlı müraciətlər etmişdir, bundan sonra qərara yenidən baxıldı. Bu zaman görüntülərdə onun qırmızı işıqda keçməyi öz əksini tapmamışdır, polis əməkdaşının sadəcə təxəyyülü ilə yenidən qərar qəbul edilmiş və guya o inzibati xəta törətmişdir. Görüntülərə baxanda heç bir yerdə onun qırmızı işıqda küeçməyi görünmür, polis əməkdaşı ehtimallarla danışaraq ona bildirdi ki, ola bilər ki, digər yolda qırmızı yanıbsa, sizin də keçdiyiniz yolda qırmızı işıq yanıb. Dövlət qurumunun qərarı ehtimallara və ya hansısa işçinin mülahizələrinə əsaslanmamalıdır. Odur ki, qeyd edilənlərə əsasən ona tərtib edilən xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərar əsassızdır və ləğv edilməlidir. Qeyd edilənlərə əsasən və İnzibati Xətalasr Məcəlləsinin 126.1-ci maddəsinə əsasən, məhkəmədən xahiş edir ki, xx.xx.2024-cü il tarixli, TP6881600 nömrəli qərarının ləğv edilməsi, X5 tərtib edilmiş 100 (bir yüz) cərimənin ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair yeni qərar qəbul edəsiniz. Məhkəmə iclasında X2 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2024-cü il tarixində saat 11:28-də “SSANG YONG KORANDO” minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir; Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(008)-6604/2024 saylı qərarından görünür ki, X4 şikayəti qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X4 xx.xx.2024-cü il tarixində saat 11:28-də “SSANG YONG KORANDO” minik markalı, **-FS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, yol nişanlarının tələblərinə riayət edilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, qərarı qəbul etmiş orqan tərəfindən təqdim edilmiş video görüntüyə məhkəmə iclası zamanı baxış keçirilmiş, həmin videogörüntüdə X4 idarə etdiyi avtomobillə svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(008)- 6604/2024 saylı qərarından görünür ki, X4 şikayəti qismən təmin edilmiş, xx.xx.2024-cü il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə göndərilmişdir. Lakin heç bir araşdırılma aparılmadan, hər hansı sübuta istinad edilmədən yenidən eyni məzmunlu xx.xx.2024-cü il tarixli TP ******* saylı qərar qəbul edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X4 barəsində xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X4 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 şikayəti qismən təmin edilməli, Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub,məhkəmə QƏRARAALDİ: X4 şikayəti qismən təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələri ilə inzibati xəta törətməsinə dair Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Bakı şəhər Baş Polis İdarəsi X10 İdarəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar