Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7899/2024 03.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X4 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis polkovnik leytenantı X2, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis polkovnik leytenantı X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə 03 dekabr 2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. 03 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 02 dekabr 2024-cü ildə Şəxs keçmiş həyat yoldaşı Kəmalə Təmoyevaya nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə keçmiş həyat yoldaşının yaşadığı ünvana gedərək ona nalayiq ifadələr işlətmişdir. Əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 izahat verərək göstərmişdir ki, xx.xx.2024cü il tarixdə keçmiş həyat yoldaşı onun yaşadığı evə gələrək nalayiq söyüşlər işlətmiş, onu döyməyə cəhd göstərmişdir. Eyni zamanda onu öldürməklə hədələmişdir. Bununla bağlı o, 102 xidmətinə müraciət etmişdir. Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis polkovnik leytenantı X5 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs AR İXM-nin 510-cu maddəsi nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində müvafiq olaraq 03 dekabr 2024-cü il tarixli protokol tərtib olunduğunu və Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ-nin Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin polis sahə rəisi, polis polkovnik leytenantı X5 tərəfindən tərtib olunmuş 03 dekabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, 02 dekabr 2024-cü ildə Şəxs keçmiş həyat yoldaşı Kəmalə Təmoyevaya nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin məsul növbətçisi, polis mayoru Daşqın Rəhimov tərəfindən tərtib edilmiş 02 dekabr 2024-cü il tarixli raportdan görünür ki, 02 dekabr 2024-cü il tarixdə Məmmədli qəsəbəsində yeni sahədə yaşayan X1 həyat yoldaşını onun yaşadığı ünvana gələrək nalayiq söyüşlər işlətməsi, onu döyməyə cəhd göstərməsi ilə bağlı 102 ZMX-nə etdiyi müraciət əsasında Şəxs polis əməkdaşları tərəfindən 15-ci PB-nə gətirilmişdir. PB-nin NH-nin qarşısında Zahir Məhərrəmov ucadan nalayiq ifadələr işlədərək keçmiş həyat yoldaşı Kəmalə Təmoyevanı söyməyə başladı. Tərəflərindən Şəxs nizam-intizama dəvət olunsa da, o öz əməlini davam etdirərək təxminən 10-15 dəqiqə NH-nin iş rejimini pozmuşdur; 02 dekabr 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 02 dekabr 2024-cü il tarixdə saat 12:30-da inzibati qaydada tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı, zərərçəkmiş şəxsin izahatı və digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 02 dekabr 2024-cü ildə Şəxs keçmiş həyat yoldaşı Kəmalə Təmoyevaya nalayiq ifadələrlə söyüb təhqir etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 02 dekabr 2024-cü il tarixdə protokol tərtib etmək üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbsetməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «02» dekabr 2024-cü il tarixdən saat 12:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 02 dekabr 2024-cü il tarixdən saat 12:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-7899/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7899/2024
03.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver