Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-790/2023 01.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi Əhmədova Göyçək Vahid qızının katibliyi ilə Şəxs barəsində Bakı şəhəri Sabunçu Rayon Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materialları nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin sahə rəisi polis kapitanı Famil Camalov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş Şəxs Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində küçədə nəlayiq sözlərindən istifadə edərək xırda xuliqanlıq etmiş, polisin inzibati binasında polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 535.1 və 510-cu maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə həmin inzibati protokolu və əlavə olunmuş materialları nəzərdən keçirərək geri qaytarılmalıdır. Çünki, Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Bunlara əsasən, məhkəmə Şəxs barəsində olan inzibati xəta haqqında protokolların və digər sənədlərin düzgün tərtib olunmadığını, təqdim edilmiş materialların natamam olduğunu və inzibati protokollarla inzibati material arasında uyğunsuzluq və anlaşılmazlıq olduğunu nəzərə alaraq hesab edir ki, həmin protokolları işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xətalar haqqında protokollar əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhər Sabunçu rayon 14-cü Polis Böməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Аzərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Bakı şəhəri Sabunçu RPİ-nin 14-ci Polis Şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası 535.1 və 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında xx.xx.2023cü il tarixli MN ******* saylı və xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-790/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-790/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver