Məhkəmə qərarları › İş №3(008)-7905/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7905/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7905/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi ilə, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-in 548.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İXM-in 548.2-ci maddəsi ilə tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli, EP ******* saylı protokola əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Bankın 12 sentyabr 2024-cü il tarixli, 6-1-26/2-7501/2024 saylı məktubu ilə tələb edilən sənəd (2023-cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Bununla da "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İXM-in 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş üzrə səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati işə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş "xxxx" Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 2023-cü il üçün audit yoxlamasını keçirən şirkətin audit yoxlamasının sistemdə görünəcəyini söylədiyini və buna görə də Mərkəzi Bank tərəfindən tələb olunan sənədin göndərilmədiyini, audit rəyinin hazır olduğunu və ASC tərəfindən müvafiq inzibati xətanın ilk dəfə törədildiyini qeyd etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 26 noyabr 2024-cü il tarixli, EP ******* saylı protokoldan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Mərkəzi Bankın 12 sentyabr 2024-cü il tarixli, 6-1- 26/2-7501/2024 saylı məktubu ilə tələb edilən sənəd (2023-cü ilə dair emitentin illik hesabatı) məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş 12 sentyabr 2024-cü il tarixli, 6-1-26/2-7501/2024 saylı məktubdan görünür ki, "xxxx" ASC Mərkəzi Bank tərəfindən tələb olunan 2023-cü ilə dair emitentin illik hesabatını 5 iş günü müddətində Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuşdur. "xxxx" ASC Mərkəzi Bank tərəfindən tələb olunan sənədin təqdim edilməcəyi təqdirdə Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə xəbərdar olunmuşdur. Poçt qəbzindən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ünvanına göndərilən sənəd müvafiq olaraq 16 sentyabr 2024-cü il tarixdə “Nərimanlı” soyadlı şəxs tərəfindən qəbul edilmişdir. 23 noyabr 2024-cü il tarixli 6-1-26/3-11336/2024 saylı Mərkəzi Bankın xidməti məktubundan görünür ki, "xxxx" ASC barəsində inzibati xəta haqqında protokolun tərtibi məxələsinə baxılması üçün göstəriş verilmişdir. Məhkəmə iclasında iştirak etmiş "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi məhkəmənin sualına cavabında audit yoxlamsının Mərkəzi Bankın məktubundan sonra aparılmasını bildirmiş, protokol tərtib edilən tarixdən əvvəl məlumatın göndərilməsi barədə sübut olmadığını bildirmişdir. Göründüyü kimi, iş materialları ilə "xxxx" X4 Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi, yəni "xxxx" ASC tərəfindən Mərkəzi Bankın 12 sentyabr 2024-cü il tarixli, 6-1-26/2-7501/2024 saylı məktubu ilə tələb edilən sənədin (2023-cü ilə dair emitentin illik hesabatı) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməməsi iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 548.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankının fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə təqsirli olması sübuta yetirildiyindən "xxxx" ASC barəsində təqsirli bilindiyi maddənin sanksiyası daxilində ədalətli inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati icraat aparılan hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, hüquqi şəxsin əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 53, 55, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar