Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-795/2023 04.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Əhmədova Göyçək Vahid qızının katibliyi ilə, 17.10.197-cı il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Cəlilabad rayonu Maşlıq kəndində qeydiyyatda olan-ƏlŞəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin sahə rəisi polis mayoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında daxil olmuş inzibati xəta haqqında protokollardan görünür ki, vətəndaş ƏlŞəxs xırda talama xətasını törətmişdir. ƏlŞəxs əməli Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə həmin inzibati protokolları və əlavə olunmuş materialları nəzərdən keçirilərkən bir sıra nöqsanların olması müəyyən olunmuşdur. Belə ki, ƏlŞəxs barəsində inzibati protokollar tərtib olunarkən zərərçəkmiş şəxsin şəxsiyyətinə dair məlumatlar, zərərçəkmiş şəxsin izahatı, həmçinin inzibati xəta nəticəsində vurulmuş zərərin məbləği inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır. Bundan əlavə, ƏlŞəxs tərəfindən ona istinad edilən inzibati xətanın baş verməsini təsdiq edən, zərərçəkmiş şəxslərin, hadisənin şahidi olmuş, tərəflər arasında mövcud olmuş mübahisə ilə bağlı marağı olmayan şahidlərin izahatları alınmamış, talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talaması ilə bağlı əməlin mövcud olunmasını təsdiq edən sübutlar toplanmamışdır. Bununla da Azərbaycan Respublikası İXM-nin 66-cı maddəsinin tələbi pozulmuşdur. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Bunlara əsasən məhkəmə hesab edir ki, ƏlŞəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokollarda qeyd olunan natamamlığın aradan qaldırılması üçün Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Аzərbaycan Respublikası İXM-nin 109, 118-ci maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsindən ƏlŞəxs barəsində Azərbaycan Respublikası 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında protokollar əlavə olunmuş sənədlərlə birlikdə Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə geri qaytarılsın. Hakim: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-795/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-795/2023
04.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver