Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7969/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, X4 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X1 tərəfindən xx.xx.2024-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış şikayətə əsasən, xx.xx.2024-cü il saat 23:18 tarixli ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə nəzərdə tutulmuş inzibati xəta barəsində protokol xx.xx.2024-cü il tarixdə X2 elektron kabinetində yerləşdirilmişdir. Protokol (EQ********) yerləşdirildikdə müəyyən dəbbə pulu da əlavə edilmişdir. Həmin cərimədən X4 yalnız həmin gün xəbər tutmuşdur. X4 elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə “asanpay.az” şikayət bölməsində İXM-nin 38.6 və 122.1 maddələri əsas gətirilərək tənbeh vermə haqqında elektron qərar və əlavə sənədlər inzibati xətanın törədildiyi gündən 1 gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün elektron kabinetdə yerləşdirilmədikdə şəxs inzibati məsuliyyətə cəlb olunmasına yol verilmədiyini qeyd etmişdir. X4 göstərilənləri nəzərə alaraq, məhkəmədən barəsində tərtib olunmuş inzibati protokolun ləğv olunmasını xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş materialları nəzərdən keçirib hesab edirəm ki, X4 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdə barəsində şikayət verilən inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın tarixi və nömrəsi qeyd olunmamış, qeyd olunan protokol və qərar şikayətə əlavə edilməmiş, ərizəsində hansı qərarın ləğv edilməsi göstərilməmişdir. Göründüyü kimi, şikayət ərizəsinin məzmunundan X2 hansı qərardan şikayət etməsini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şikayətin İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Yuxarıda qeyd olunanlara əsasən, hesab edirəm ki, hazırki vəziyyətdə şikayətə baxılması mümkün olmadığından verilmiş şikayət X1na geri qaytarılmalı, ona şikayət ərizəsində barəsində şikayət edilən qərarın nömrəsi və tarxinin qeyd olunmaqla və şikayətə müvafiq sənədlər əlavə olunmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış şikayət X3 geri qaytarılsın və ona şikayət ərizəsində barəsində şikayət edilən qərarın nömrəsi və tarxinin qeyd olunmaqla və şikayətə müvafiq sənədlər əlavə olunmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-7969/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7969/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver