Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-7971/2024 27.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 X3 "xxxx" ASC-nin nümayəndəsi X6 iştirakı ilə, X3 "xxxx" ASC-nin Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 "xxxx" ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə 21 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, X3 "xxxx" ASC xx.xx.2024-cü il tarixində Bakı şəhər, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Xəzər dəıniz sahil zolağında icazə olmadan yerin təkindən istifadə etməklə inzibati xəta pozuntusuna yol vermiş və bu səbəbdən də barəsində Protokol tərtib edilmişdir. X3 "xxxx" ASC-nin baş direktoru tərəfindən etiraz daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi izahatında göstərmişdir ki, sosial şəbəkələrdə paylaşılmış Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dəniz sahil zolağından qum daşınması ilə bağlı məlumatlar yerində yoxlanılmış və keçirilən baxış zamanı üst hissənin dövlət qeydiyyat nişanı **-BC-***, 10-A- 927 olan ekskavatorlar vasitəsi ilə yığılarlaq **-NH-***, **-JT-***, **-UY-***, **-MK-***, **-BP- ***, **-OZ-***, **-BN-***, **-UB-***, **-UB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri tərəfindən daşınması müəyyyən edilmişdir. Eyni zamanda **-JG-*** və **-JG-*** olan yük avtomobillərinin bortunda iri qaya parçalarının olduğu müşahidə olunmuş, araşdırma zamanı onların icazə olmadan yerindən təkindən istifadə etməsi, Nazirlik tərəfindən hər hansı müsbət rəyin verilməsi müəyyən edilməmiş və bu barədə xx.xx.2024-cü il tarixli 87892 saylı Akt tərtib edilmişdir. Müvafiq sənədlər, foto və video çəkiliş təqdim edilir. Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş sorğumuza cavaba əsasən **-JG-*** və **-JG-*** olan yük avtomobilləri X3 Evrascon MMC-nə məxsus olduğu, digər nəqliyyat vasitələrinin isə ayrı-ayrı şəxslərə malik olduğu müəyyən edilmişdir. Həmin şəxslərlə əlaqə saxladıqda isə bildirmişlər ki, onlar X3 "xxxx" ASC ilə müqavilə bağlayaraq xidmət göstərmişlər. Bu səbəbdən də protokolu müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 "xxxx" ASC-nin nümayəndəsi X10 izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Xəzər dəniz sahil zolağına baxış keçirilməsi və yoxlama aparılması qanunsuzdur. Belə ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun 16.1.3-ci maddəsinə əsasən insanların heyat və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükənin olması və ya mühum zərərin vurulması barədə hüquqi və fiziki şəxslərdən, dövlət və yerli özünüidarəetmə orqanlarından yoxlayıcı orqana konkret faktlara əsaslanan rəsmi müraciətlər (məlumatlar) daxil olduqda, habelə mediada məlumatlar yayıldıqda plandankənar (növbədənkənar) yoxlama aparılır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli aktda isə qeyd edilir ki, sosial şəbəkələrdə paylaşılmış video materiallar əsasında Sabunçu rayonu. Pirşağı qəsəbəsi, Xəzər dəniz sahil zolağına baxış keçirilmiş və yoxlama aparılmışdır Halbuki, sosial şəbəkələr media subyekti deyildir. Həmin Qanunun 16.11-ci maddəsinə əsasən Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməsi üçün yoxlayıcı orqan tərəfindən elektron formada müvafiq icra hakimiyyəti orqanına təqdim edilməli və yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış alınmalıdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən yoxlamanın aparılması üçün heç bir qərar qəbul edilməmiş və yoxlamaların vahid məlumat reyestrində yerləşdirilməmişdir. Bu da yoxlamanın, aktın və protokolun qanunsuz olduğuna dəlalət edir. zərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin Məcəllənin 101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Nəzərinizə çatdırırıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Xəzər dəniz sahil zolağına xx.xx.2024-cü il tarixində baxış keçirilmiş və 87892647/xx.xx.2024 nömrəli akt tərtib edilmiş və həmin aktda inzibati xətanın törədildiyi qeyd edilmişdir. MN2112879 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati protokol isə bundan 23 gün sonra tərtib edilmiş və baxılmaq üçün Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati Xətalar Məcəlləsinin 102.1.-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci. 371-1-ci, 398-ci, 602.1-ci, 602.2-ci və 602- 3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. 102.1-ci maddənin tələbindən belə məlum olur ki, İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə bağlı inzibati araşdırma aparılmasına yol verilmir. Yəni, xx.xx.2024-cü il tarixli, 87892647/xx.xx.2024 nömrəli akt tərtib edildikdən sonra 2 gün ərzində, xx.xx.2024-cü il tarixinədək inzibati protokol tərtib edilməli olsa da, inzibati protokol aktın tərtib edilməsindən 23 gün sonra tərtib edilmiş, prosessual müddətə riayət edilməmişdir. Üçüncü olaraq iş materiallarını araşdıraraq hesab edirik ki, inzibati protokol üzrə materiallar natamamdır. Belə ki, xx.xx.2024-cü il tarixli, 87892647/xx.xx.2024 nömrəli akt tərtib edildikdən sonra bu barədə "xxxx" ASC-yə məlumat verilməmiş, aktın surəti cəmiyyətə göndərilməmişdir. Qeyd edilən inzibati xəta haqqında MN2112879 nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərkən cəmiyyətin səlahiyyətli nümayəndəsinin istinad edilən inzibati xəta haqqında izahatı alınmamış və protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş. nəticədə cəmiyyət izahat vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanından məhrum edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, protokolda MMC-nin hüquq və vəzifələrinin izah edilib- edilməməsi haqqında hər hansı qeyd aparılmamışdır. İnzibati xəta haqqında protokol tərtib edilərkən cəmiyyətin səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməməsi, cəmiyyətin hüquq və vəzifələrinin izah edilməməsi, həmçinin tərtib edilmiş protokolun surətinin təqdim edilməməsi və ya göndərilməməsi cəmiyyətin öz müdafiə hüququnu qurmaqdan məhrum olması anlamına gəlir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X3 "xxxx" ASC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə 21 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. xx.xx.2024-cü il tarixli 87892 saylı tərtib edilmiş Aktdan görünür ki, baxış zamanı üst hissənin dövlət qeydiyyat nişanı **-BC-***, 10-A-927 olan ekskavatorlar vasitəsi ilə yığılarlaq **-NH-***, **-JT-***, **-UY-***, **-MK-***, **-BP-***, **-OZ-***, **-BN-***, **-UB-***, **-UB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri tərəfindən daşınması müəyyyən edilmişdir. Eyni zamanda **-JG-*** və **-JG-*** olan yük avtomobillərinin bortunda iri qaya parçalarının olduğu müşahidə olunmuş, araşdırma zamanı onların icazə olmadan yerindən təkindən istifadə etməsi, Nazirlik tərəfindən hər hansı müsbət rəyin verilməsi müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli 3-14-26/2-2046/2024 saylı Evrascon ASC-nə göndərilmiş məktubdan görünür ki, inzibati araşdırma aparılması nümayəndəinin iştirakının təmin olunması üçün xx.xx.2024-cü il tarixdə saat 11:00-a təyin edilmişdir. Həmin məktubu İzmayılova Sevinc imza etməklə qəbul etmişdir. xx.xx.2024-cü il tarixli 2.197857/2024 saylı Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş məktubdan görünür ki, **-JG-*** və **-JG-*** olan yük avtomobilləri X3 Evrascon MMC-nə məxsus olduğu, **-UY-*** yük avtonəqliyyat vasitəsi X1, **-OZ-***, **-UB-***, 90-UBdövlət qeydiyyat nişanlı yük avtomobilləri X4 məxsus olmuşdur. Əlavə edilmiş fotoşəkillər və video diskdən Bakı şəhər, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dəniz sahil zolağından qum daşınması ilə bağlı dövlət qeydiyyat nişanı **-BC-***, 10-A-927 olan ekskavatorlar vasitəsi ilə yığılarlaq **-NH-***, **-JT- ***, **-UY-***, **-MK-***, **-BP-***, **-OZ-***, **-BN-***, **-UB-***, **-UB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri tərəfindən ərzidə işlərin görülməsi aşkar edilmişdir. 24.10.202-ci tarixli müqavilə və ona edilmiş 1,2,3,4,5 və 6 saylı Əlavələrdən görünür ki, X7 ilə X3 Evrascon MMC xidmət göstərilməsini öhdəsinə götümüşdür. xx.xx.2022-ci il tarixli müqavilə və ona edilmiş 1,2,3,4 və 5 saylı Əlavələrdən görünür ki, X2 ilə X3 Evrascon MMC xidmət göstərilməsini öhdəsinə götümüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 228-ci maddəsinə əsasən-icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə-fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, X3 "xxxx" ASC tərfindən icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə qaydaları pozulmuşdur. Belə ki, əlavə edilmiş fotoşəkillər və video diskdən Bakı şəhər, Sabunçu rayonu, Pirşağı qəsəbəsi istiqamətində Xəzər dəniz sahil zolağından qum daşınması ilə bağlı dövlət qeydiyyat nişanı **-BC-***, 10-A-927 olan ekskavatorlar vasitəsi ilə yığılarlaq **-NH-***, **-JT- ***, **-UY-***, **-MK-***, **-BP-***, **-OZ-***, **-BN-***, **-UB-***, **-UB-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri tərəfindən ərzidə işlərin görülməsi aşkar edilmişdir. 24.10.202-ci tarixli müqavilə və ona edilmiş 1,2,3,4,5 və 6 saylı Əlavələrdən görünür ki, X7 ilə X3 Evrascon MMC xidmət göstərilməsini öhdəsinə götümüşdür. xx.xx.2022-ci il tarixli müqavilə və ona edilmiş 1,2,3,4 və 5 saylı Əlavələrdən görünür ki, X2 ilə X3 Evrascon MMC xidmət göstərilməsini öhdəsinə götümüşdür. X3 "xxxx" ASC nümayəndəsinin izahatından da görünür ki, xx.xx.2024-cü il tarixli 3-14- 26/2-2046/2024 saylı Evrascon ASC-nə göndərilmiş məktubda olan İzmayılova Sevinc ASCnin işçisidir. Məhkəmə X3 "xxxx" ASC-nin baş direktoru tərəfindən etirazda qeyd edilmiş hallarla bağlı qeyd edir ki, fakt aşkar edildikdən sonra inzibati araşdırma aparılmış və bunla bağlı barəsində inzibati icraata aparılan "xxxx" ASC-nə məlumat göndərilmiş, inzibati icraata baxılması xx.xx.2024-cü il tarixdə saat 11:00-a təyin edilmişdir. Əlavə olaraq sorğular verilmiş, müqavilələr əldə edilərək məhkəməyə də təqdim edilmişdir. Qeyd edilən inzibati xəta ilə bağlı protokol tərtib etmək səlahiyyəti Azərbaycan Respublikasının Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə aiddir və inzibati xəta haqqında protokol natmam deyildir. Məhkəmə iclasında X3 "xxxx" ASC-nin nümayəndəsi qeyd edilən sahədə işlərin görülməsi ilə bağlı hər hansı icazə verilməsinə dair sənədləri təqdim etməmişdir. Məhkəmə hesab edir ki, X3 "xxxx" ASC-nin Azərbaycan Respublikası İXM-nin 228-ci maddəsi ilə təqsirli bilinərək həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs X3 "xxxx" ASC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inziabti xəta haqqında materialları, iş materiallarına əlavə edilmiş sübutları, məhkəmə iclasında müəyyən olan hallara hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati haqqında iş üzrə icraat aparılan X3 "xxxx" ASC-nin Azərbaycan Respublikasının İnziabati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətdiyi tam təsdiq edilir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X3 "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 126-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X3 "xxxx" ASC(VÖEN-**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5.000 (beş min) manat məbləğində inzibati qaydada cəriməedilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-7971/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-7971/2024
27.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver