Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7975/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanova, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbayсan Respublikası İnzibati Xətalar Məсəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə 05 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokolda inzibati xəta faktının video-çəkiliş ilə təsdiq edildiyi göstərilsə də, müvafiq video-material iş materiallarına əlavə edilməmişdir ki, bu da məhkəməyə təqdim edilmiş sənədlərin natamam olmasına dəlalət edən haldır. Bundan savayı inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxsə vurulmuş zərərin 593 manat olması göstərilsə də, həmin məbləğin hansı sübutlar əsasında müəyyən edilməsi müəmmalı qalmışdır. Halbuki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 06 sentyabr 2024-cü ikl tarixli qərarda həmin zərərin məbləği 100 manat olaraq göstərilmişdir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda zərərçəkmiş şəxs barədə məlumatlar göstərilməmiş və həmin qrafa doldurulmamışdır. Halbuki, AR İXM-nin 100.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. İnzibati Xətalar Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Belə olan halda hesab edilir ki, məhkəməyə təqdim edilmiş sənədlər natamam olduğundan və düzgün tərtib edilmədiyindən protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında material Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinə geri qaytarılsın. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-7975/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7975/2024
06.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver