Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-7988/2024 09.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, X6 tərəfindən verilmiş şikayət ərizəsinə məhkəmə iclasında baxılmağa hazırlayarkən MÜƏYYƏN ETDİM: X2 tərəfindən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış şikayətə əsasən, xx.xx.2024 saat 19:00 radələrində Binəqədi İstiqamətində hərəkətdə olarkən YPX əməkdaşları X1 qayda pozduğunu bildirərək işıqforun qırmızı işığında keçdiyini demişdir. X6 polis əməkdaşlarına sağ tərəfində yük maşını dayandığını, sağa dönəndə onun düzünə hərəkət etdiyini və əyləcdən istifadə edərək maşını durdurduğunu bildirmişdir. Əgər o hərəkətini davam etdirməsəydi, yolu bağlamış və digər avtomobillərin hərəkətini dayandırmış olacağını qeyd etmişdir. Bununla əlaqədar olaraq, vətəndaş Bafadar Zahidov qanunsuz olaraq yazılan protokolun ləğv edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, X6 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdə barəsində şikayət verilən inzibati xəta haqqında protokolun və inzibati tənbeh vermə haqqında qərarın tarixi və nömrəsi qeyd olunmamış, qeyd olunan protokol və qərar şikayətə əlavə edilməmiş, ərizəsində hansı qərarın ləğv edilməsi göstərilməmişdir. Göründüyü kimi, şikayət ərizəsinin məzmunundan X3 hansı qərardan şikayət etməsini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Göründüyü kimi, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı şikayətin İXM-in tələblərinə uyğun tərtib olunmaması müəyyən edilmişdir ki, bu da işin mahiyyəti üzrə baxılmasına mane olur. Yuxarıda qeyd olunanlara əsasən, hesab edirəm ki, hazırki vəziyyətdə şikayətə baxılması mümkün olmadığından verilmiş şikayət X2na geri qaytarılmalı, ona şikayət ərizəsində barəsində şikayət edilən qərarın nömrəsi və tarxinin qeyd olunmaqla və şikayətə müvafiq sənədlər əlavə olunmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X6 tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli şikayət X5 geri qaytarılsın və ona şikayət ərizəsində barəsində şikayət edilən qərarın nömrəsi və tarxinin qeyd olunmaqla və şikayətə müvafiq sənədlər əlavə olunmaqla yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-7988/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-7988/2024
09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver