Məhkəmə qərarları › İş №3(008)-80/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-80/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-80/2023 11.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, X1 elektron qərarın ləğv olunması barədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsinə baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin icraatına X1 elektron qərarın ləğv olunması barədə ərizəsi daxil olmuşdur. Məhkəməyə təqdim olunmuş materiala heç bir qərar və protokol əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinə əsasən-protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə hakim qərardad qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, iş materialları natamam olduğundan X1 elektron qərarın ləğv olunması barədə ərizəsi baxılmadan geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, qərara aldı: X1 xx.xx.2020-ci il tarixli elektron qərarın ləğv olunması barədə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar