Məhkəmə qərarları › İş №3(008)-8010/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-8010/2024

11.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-8010/2024 11.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X3 İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci, 332.1-ci, 327.1-ci və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:20-də sürücülük hüququ olmadan içkili vəziyyətdə “Mercedes Benz E 270 CDİ minik” markalı, **-DB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində hərəkətdə olarkən X3 əməkdaşları tərəfindən saxlanılmışdır. Bu barədə Bakı şəhər BPİ X3 İdarəsinin inspektoru X1 tərəfindən İXP ******* saylı, 01 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarını araşdırıb hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, məhkəməyə təqdim edilmiş inzibati materiallardan görünür ki, inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdı tərtib olunsa da, məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim olunmuşdur. Həmçinin Şəxs barəsində inzibati xəta haqqında protokol məhkəməyə daxil olsa da, həmin şəxs Bakı şəhər BPİ X3 İdarəsinin inspektoru tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 103.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildikdən sonra dərhal baxılması üçün hakimə göndərilir. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər BPİ X3 İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci, 332.1-ci, 327.1-ci və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər BPİ X3 İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar