Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-802/2023 16.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Pərvin qızı Nəsrullayevanın katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42ci polis bölməsinin sahə rəisi Ülfət İsgəndərovun, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 və müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, müəyyənetdim: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis bölməsi tərəfindən X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair MN ******* saylı, 25 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci polis bölməsinin sahə rəisi Ülfət İsgəndərov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək X4 barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq Ülfət İsgəndərov material üzrə ekspertiza keçirilmədiyini, vurulmuş zərərin məbləğinin təxmini müəyyən edildiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən X2 Tağıyevə tərəfindən hasarın söküldüyünü, lakin vurulmuş zərərin düzgün qiymətləndirilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən X4 və müdafiəçisi Vəkil ayrı-ayrılıqda inzibati xəta haqqında materialda hasarın Könül Tağıyeva tərəfindən sökülməsini təsdiq edən sübutun olmadığını, vurulmuş zərərin eskpert tərəfindən qiymətləndirilmədiyini bildirərək materialın səlahiyyətli orqana geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir; 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur; 109.1, 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Göründüyü kimi, qanunvericinin tələbin əsasən X4 tərəfindən törədilməsi iddia edilən inzibati xətaya görə inzibati tənbeh məhz həmin xəta nəticəsində vurulmuş ziyana görə müəyyən edilməlidir ki, hazırki halda vurulmuş zərərin məbləği zərərçəkmiş şəxsin heç bir mötəbər sübuta əsaslanmayan sözünə əsaslanaraq müəyyən edilmişdir. Bununla yanaşı, məlumdur ki, qeyd olunan maddə ilə məsuliyyətin müəyyən edilməsi, şəxsin əməlində inzibati xəta və ya cinayət tərkibinin olub-olmamasının dəqiqləşdirilməsi üçün əmlaka vurulmuş zərərin ekspert rəyi ilə tam və dəqiq şəkildə müəyyən edilməsi mütləqdir ki, hazırki halda məhkəməyə təqdim edilmiş materiallara müvafiq eskpertizanın rəyi əlavə edilməmişdir. Beləliklə, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci PB-dən daxil olmuş inzibati xəta haqqında məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən onları tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında MN ******* saylı, 25 yanvar 2023-cü il tarixli protokol və ona əlavə olunmuş sənədlər Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci PB-nə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci PB-dən daxil olmuş MN ******* saylı, 25 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 42-ci PB-nə geri qaytarılsın. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-802/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-802/2023
16.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver