Məhkəmə qərarları › İş №3(008)-8022/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-8022/2024

13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-8022/2024 13.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş EXP ******* saylı protokolun ləğv olunmasına dair X1 şikayət ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş EXP ******* saylı protokolun ləğv edilməsinə dair Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. O, ərizəsində bildirmişdir ki, Qərbi Kaspi Universitetinin komputer mühəndisliyi fakultəsinin tələbəsidir və təhsil aldığı müddətdə universitetə gedibgəldiyi zaman 2020-ci il tarixdə covid-19 pandemiyası dövründə yolu keçərkən tibbi maskasını çıxarıb düzəldərkən, ərazidə olan polis əməkdaşları onun barəsində əsassız olaraq EXP ******* nömrəli protokolla 100 manat məbləğində olan cərimə cəzası təyin etmişdirlər. Həmin vaxt maskasız olmadığını və sadəcə tibbi maskasını düzəltdiyini onlara bildirdikdə həmin polis əməkdaşları “oldu” deyərək gedə biləcəyini ona söyləmişdirlər. O, protokolun tərtibindən daha sonra mobil tətbiq vasitəsilə xəbər tutduğunu barəsində tərbiq edilmiş cərimə cəzasının əsassız olduğunu bildirərək EXP ******* saylı barəsində tərtib edilmiş protokolun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət–şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon məhkəməsinə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, protokol əsasında qəbul edilmiş qərardan şikayət nəzərdə tutulduğu halda X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək EXP ******* saylı protokolun ləğv edilməsini xahiş etmişdir. Bundan əlavə ərizəyə F.M.Şamilovanın cərimə olunmasını təsdiq edəcək hər hansı sənəd, yəni qərarın surəti, tarixi, qərar və protokolun alınma vaxtı barədə məlumatlar əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən tərtib edilmiş EXP ******* saylı protokolun ləğv olunmasına dair verdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən işə baxan Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar