Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8024/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X1 iştirakı ilə, Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən X3 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət ərizəsinə baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş şəxs X3 Azərbaycan Respublikasının DİN-nin BDYPİ tərəfindən onun barəsində barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini, onun inzibati məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə, X3 barəsində xx.xx.2024cü il saat 23:18-də ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə İXM-nin 327.1-1 maddəsi ilə protokol onun internet informasiya resursunda formalaşdırılan elektron kabinetinə yerləşdirilmişdir. Protokol (EQ********) yerləşdirildikdə cəriməyə müəyyən dəbbə pulu da əlavə edilmiş, lakin həmin cərimədən onun yalnız həmin gün məlumatı olduğunu bildirmişdir. Elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə “asanpay.az” saytının şikayət bölməsində İXM-nin 38.6 və 122.1-ci maddələrini rəhbər tutaraq bu barədə şikayət yerləşdirsə də, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ-dən elektron poçt ünvanına araşdırma zamanı törətdiyi inzibati xətanın sənədləşməsində hüquqa zidd hərəkətlərə yol verilməsi hallarının müəyyən edilməməsinə dair cavab məktubu göndərilmişdir. Azərbaycan Respublikasının DİN-nin BDYPİ tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini, onun inzibati məsuliyyətdən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs X3 ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən orqan və zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsi dinləyib, ərizə və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, inzibati xəta haqqında məlumatda X3 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, onun barəsində xx.xx.2024-cü il tarixli protokol tərtib edilmiş və xx.xx.2024-cü il tarixdə elektron kabinetə yerləşdirilmişdir. Protokol əsasında qəbul edilmiş olan xx.xx.2024-cü il tarixli, EQ 22846832 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1-1-ci maddəsi ilə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Materiallardan görünür ki, xx.xx.2024-cü il tarixli elektron şikayətlə X3 tərəfindən inzibati xəta haqıında qərarın elektron kabinetə İXM-nin 38.6 və 122.1-ci maddələri ilə nəzərdə tutulmuş vaxtdan gec yerləşdirilməsi və buna görə də həmin qərarın ləğv edilərək onun inzibati məsuliyyətdən azad olunması ilə bağlı müracət edilmişdir. Materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə X2 onun barəsində EQ22846832 nömrəli qərarla nəzərdə tutulmuş inzibati cəriməni qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəmədiyinə görə inzibati xəta törədilərkən idarə olunan nəqliyyat vasitəsinin saxlanılması barədə qəbul edilmiş qərara dair elektron poçt vasitəsilə məktub göndərilmişdir. Materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə X2 onun Bakı şəhər BPİ-nin DYPİnə 14 noyabr 2024-cü il tarixdə ünvanladığı müraciətinin cavabı fayl şəklində elektron poçt vasitəsilə göndərilmişdir. Materiallardan görünür ki, Bakı şəhər BPİ-nin DYPİ tərəfindən X4 barəsində xx.xx.2024-cü il tarixli araşdırma zamanı törədilmiş inzibati xətanın aşkar olunması və sənədləşməsində hüquqazidd hərəkətlərə yol verilməsi hallarının müəyyən edilməməsinə dair cavab məktubu tərtib olunmuşdur. Materiallardan görünür ki, xx.xx.2024-cü il tarixdə X2 onun barəsində EQ22846832 nömrəli qərarla nəzərdə tutulmuş inzibati cəriməni qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəmədiyinə görə inzibati xəta törədilərkən idarə olunan nəqliyyat vasitəsinin saxlanılmasına dair qərar qəbul edilməsi və cərimənin ödənilməsi məqsədilə materialların məcburi icraya yönəldiləcəyi ilə bağlı elektron poçt vasitəsilə məktub göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 327.1-1-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yol verdiyi hallar istisna olmaqla, 5.9, 5.10.1–5.10.3 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin həmin zolaqda hərəkət etməsinə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. 135.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsidir. 38.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin tələblərinə riayət edilməsi üçün İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. . Odur ki, ərizə qismən təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün aidiyyatı orqana geri göndərilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114- 115, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət ərizəsi qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikasının DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat xidmətinin rəisi, polis polkovnik-leytenantı Elvin Abduləlizadə tərəfindən tərtib olunmuş EQ 22846832 saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. İnzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikasının DİNnin Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-8024/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8024/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver