Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8026/2024 29.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X8, Şikayət vermiş vəzifəli şəxs X2 iştirakları ilə, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, X14 Xidməti 23 iyul 2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı ilə "xxxx" MMC-nin direktoru X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilərək 3000 (üç min) manat məbləğində cərimə etmişdir. X14 Xidməti 23 iyul 2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarı vəkil sorğusu əsasında xx.xx.2024-cü il tarixində əldə edilmişdir. X14 Xidməti "xxxx" MMC-nin direktoru kimi məni dəvət etmədən, izahatım alınmadan barəsində 23 iyul 2024- cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərar qəbul etməsini qəbul etmirik. X14 Xidməti bu qərardan Əvvəl "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 09 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək baxılması üçün Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixində 3(008)-4741/2024 nömrəli qərardad qəbul edərək "xxxx" MMC-nin AR İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol və digər sənədlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə geri qaytarılması qərara alınmışdır. Məhkəmə qərardadında inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab etmişdir ki, inzibati xətə haqqında iş üzrə icraat əsasında təqdim olunan materiallar natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, təqdim olunan materialdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, "xxxx" MMC tərəfindən ona istinad olunan inzibati xətanın, yəni İXM-nin 192.1-ci maddəsinin törədilməsi yalnız "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemindən əldə olunmuş məlumatlar əsasında müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən işin düzgün həlli və mahiyyəti üzrə işə baxılması üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, hüquqi şəxsin təqsirliliyini təsdiq edən kifayyət qədər dəlil toplanılmamışdır. İnzibati xəta haqqında protokolda əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu qeyd edilən X7, X6 həqiqətən məlumatda qeyd edilən tarixlərdə işğaldan azad olunmuş rayonlara gedib-getməmələri, icazə almaqla həmin ərazilərə getmişlərsə orada "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edilib-edilməmələri müəyyənləşdirilməli idi. Məhkəmə onu da vurğulamışdır ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan protokolda adları qeyd edilən şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Çünki Azərbaycan Respublikası İXM-nin 192.1- ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Qərardadda o da qeyd edilmişdir ki, inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu qeyd edilən X12, X10 müəyyən edilərək izahatları alınmamışdır. Ümumiyyətlə həmin şəxslərin qeyd olunan ərazilərə gedib-getməmələri, orada hər hansısa içlərin görülməsinə cəlb olunub-olunmamaları araşdırılmamışdır. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən araşdırma natamam şəkildə aparılaraq yuxarıda qeyd edilən xüsusatlar araşdırılmamışdır. Şikayətə əlavə edilən sübutlardan göründüyü kimi, X12 xx.xx.2024-cü il tarixində "xxxx" MMC-də usta işinə qəbul olunmuş, xx.xx.2024-cü il tarixli ərizəsi əsasında öz xahişi ilə işdən azad olunmuşdur. Digər şəxs X10 ümumiyyətlə "xxxx" MMC ilə heç bir əlaqəsi olmamışdır. Qeyd edilənlərə əsasən X14 Xidməti tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs şikayətdə göstərilən hallara istinad edərək göstərmişdir ki, X12 xx.xx.2024-cü il tarixində "xxxx" MMC-də usta işinə qəbul olunmuş, xx.xx.2024-cü il tarixli ərizəsi əsasında öz xahişi ilə işdən azad olunmuş, X10 ümumiyyətlə "xxxx" MMC ilə heç bir əlaqəsi olmamışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X15 mübahisələndirilən 23 iyul 2024-cü il tarixli, MN ******* saylı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İzahatını onunla əsaslandırmışdır ki, X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X12 isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bu səbəbdən də İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli, X4 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə qaytarılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati təbheh vermə haqqında 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Rəşad Rzaxan oğlu xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X12 isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş və bu səbəbdən də İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi qərara alınmışdır. X7 "xxxx" MMC-nə ünvanlanmış ərizəsindən görünür ki, o xx.xx.2024-cü il tarixdə işə qəbul edilməsi ilə bağlı müraciət etmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmaqla xx.xx.2024-cü il tarixdə sistemə daxil edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, X12 barəsində xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. DİN sistemindən çıxarışdan görünür ki, X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" MMC adına iş icazəsi alınmışdır. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Belə ki, İnzibati təbheh vermə haqqında 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X1 Rəşad Rzaxan oğlu xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X12 isə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək əmək müqavilələri Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Lakin təqdim edilmiş portal məlumatlarından görünür ki, X13 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, X9 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iş icazəsi alınmışdır. Göründüyü kimi Protokolda qeyd edilən şəxslərdən birinin soyadı “Bayramlı”, Portal məlumatından təqdim edilmiş sənəddə isə soyad “Xalidli” olaraq qeyd edilmişdir. Portal üzərindən şəxsin iş icazəsi alınarkən(xx.xx.2024-cü il-xx.xx.2024-cü il) və hazırki dövrdə soyadı “Xalidli”dir. Lakin protokolda həmin şəxsin soyadının “Bayramlı” olaraq qeyd edilməsi və eyniləşdirmə üçün məlumatların olmaması(FİN və s.) həmin şəxsin eyni şəxs olmasını istisna edir. İXM-nin 192.1-ci maddəsinin dispozisiyasında fiziki şəxsləri cəlb etmə nəzərdə tutulmuşdur(Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə). Məhkəmə həmçinin hesab edir ki, 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi(vəzifəli şəxsi) inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb olunduğu qeyd edilən X12, X10 müəyyən edilərək izahatları alınmamışdır. Ümumiyyətlə həmin şəxslərin qeyd olunan ərazilərə gedib-getməmələri, orada hər hansısa işlərin görülməsinə cəlb olunub-olunmamaları araşdırılmamışdır. Məhkəmə hesab edir ki, 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar vəzifəli şəxs barəsində tərtib edilmiş və qeyd edilən məsələlərin aydınlaşdırılması və müvafiq qərar verilməsi inzibati orqanın səlahiyyətində olan məsələdir. Beləliklə məhkəmə hesab edir ki, X2 şikayəti təmin edilməli, X14 Xidməti tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün X14 Xidmətinə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati tənbeh vermə haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair X14 Xidməti tərəfindən qəbul edilmiş 23 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-8026/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8026/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver