Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-8029/2024 13.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakimi Həsənov Teymur Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Bakı şəhər 6 saylı notariat konturunun 8i-12514 nömrəli, 26 avqust 2023-cü il tarixli icra sənədinə əsasən tələbkar X2 40700 manat məbləğində pul öhdəliyini icra etmədiyindən barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlər: İnzibati xəta haqqında 13 dekabr tarixli, MN ******* saylı protokoldan və əlavə edilmiş materiallardan görünür ki, Bakı şəhər 6 saylı notariat konturunun 8i-12514 nömrəli, 26 avqust 2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 40700 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyirinə ödənilməmişdir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair protokol tərtib edilmişdir. “İcraata başlamaq haqqında” 31 avqust 2023-cü il tarixli qərardan görünür ki, 8i- 12514 nömrəli, 26 avqust 2023-cü il tarixli icra sənədi nəzərdən keçirilərək borclu Şəxs 25 manat, 40700 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyirinə ödənilməsi məqsədilə müvafiq icra sənədi üzrə icraata başlanılması Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3 tərəfindən qərara alınmışdır. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, Bakı şəhəri 6 saylı Notariat Konturunun 8i-12514 nömrəli, 26 avqust 2023cü il tarixli icra sənədi üzrə borclu Şəxs 25 manat, 40700 manat məbləğində pul vəsaiti tutularaq tələbkar X1 xeyirinə ödənilməlidir. Borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs Malik oğlunun xx.xx.2024-cü il tarixli izahatı. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarına əsasən hesab edir ki Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sənədlər Bakı şəhər Sabunçu Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. İnzibati xəta haqqında protokola icra sənədi, icraata başlamaq haqqında qərar, Şəxs göndərilmiş bildiriş, xəbərdarlıq, borclunun axtarışı barədə qərar və xx.xx.2024-cü il tarixli izahatı əlavə edilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yalnız bir dəfə xx.xx.2024-cü il tarixdə izahatı alınmış və həmin gün də protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Şəxs izahatında 8 500 manat ödəniş etdiyini, qalan məbləği isə az-az ödəyəcəyini qeyd etmişdir. Göstərilən halda yalnız şəxsin bir dəfə alınmış izahatı əsasında icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə əsas ola bilməz. Bundan əlavə Şəxs izahatında 8 500 manat ödəniş etməsi, borcun hansı məbləğdə qalması, hansı vaxtdan Şəxs icra sənədindən xəbəri olması barədə məlumatlar araşdırılmamış, Şəxs barəsində digər zəruri icra tədbirləri görülməmişdir. Tərtib edilmiş protokol üzrə maddənin sanksiyasında inzibati həbs tənbeh növü nəzərdə tutulduğundan, inzibati xəta haqqında protokol daxil olduğu gün baxılmalıdır. Məhkəmə baxışında baxılma müddətinin dərhal olması qeyd edilən natamamlıqların aradan qaldırılmasına imkan vermir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-8029/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-8029/2024
13.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver