Məhkəmə qərarları › İş №3(008)-803/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-803/2023

27.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-803/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, Səlahiyyətli orqanın nümayəndəsi X1 iştirakı ilə, Hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentinin Bakı RİB tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İD********** nömrəli qərarı, hüquqi şəxs Şəxs MMC qoyulan müddət keçməsinə baxmayaraq icra etməmişdir. Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentinin nümayəndəsi X2 izahatında göstərdi ki, xx.xx.2022-ci il tarixli, İD********** nömrəli qərara əsasən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan xx.xx.2022-ci il istehsal tarixli, xx.xx.2024-cü il son istifadə tarixli, MT2205-11H partiya nömrəli, ümumi çəkisi 1050 kq olan zəncəfil məhsul partiyası məhsulların 30 gün müddətinə satış şəbəkələrindən geri çağırılması və bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi qərara alınmışdır. Qərarın surəti və icraata başlamaq haqqında bildiriş “Xəzərli ünvan 1 ünvanına göndərilmiş, lakin xəbərnamə şirkətin tapılmaması səbəbindən geri qaytarılmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentinin Bakı RİB tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, İD********** nömrəli qərarı, hüquqi şəxs Şəxs MMC qoyulan müddət keçməsinə baxmayaraq icra etməmişdir. Ölkəyə idxal olunmuş qida məhsullarının satış şəbəkələrindən geri yığılması barədə xx.xx.2022-ci il tarixli, İD********** nömrəli qərardan görünür ki, Xəzərli Bakı MMC-nin xx.xx.2022-ci il tarixli İD********** nömrəli müraciəti əsasında ölkəyə idxal olunan xx.xx.2022-ci il istehsal tarixli, xx.xx.2024-cü il son istifadə tarixli, MT2205-11H partiya nömrəli, ümumi çəkisi 1050 kq olan zəncəfil məhsul partiyası məhsulların 30 gün müddətinə satış şəbəkələrindən geri çağırılması və bu barədə Agentliyin Bakı regional bölməsinə məlumat verilməsi qərara alınmışdır. Qərarın rəsmi qaydada tərəfə təqdim edildiyi tarixdən qüvvəyə minməsi göstərilmişdir. xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması barədə bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agenliyinin Bakı regional bölməsinə gəlməsi ilə bağlı "xxxx" MMC-yə bildiriş göndərilmişdir. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi haqqında çıxarışdan görünür ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov ŞTQ, Bünyadzadə ev 5, mənzil 68 ünvanında qeydiyyata alınmışdır TA005787156AZ saylı xəbərnamədən görünür ki, "xxxx" MMC-nin ünvanına göndərilmiş qərarın surəti və bildiriş xx.xx.2023-cü il tarixdə şirkət tapılmadığından geri qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 544.2-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının və ya ticarət qaydalarının pozulmasının aradan qaldırılması haqqında istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxslərinin qanuni yazılı tələblərini yerinə yetirməməyə görə-dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, hüquqi şəxs Şəxsnə vəzifəli şəxsin qanuni yazılı tələbləri barədə məlumat verilməsi, bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəməyə təqdim edilmiş xəbərnamədən aydın olur ki, "xxxx" MMC-nin ünvanına göndərilmiş qərarın surəti və bildiriş xx.xx.2023-cü il tarixdə şirkət tapılmadığından geri qaytarılmışdır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən səlahiyyətli orqanın qərarını və icraata başlamaq barədə bildirişi qəbul etməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən hüquqi şəxs Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 544.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar