Məhkəmə qərarları › İş №3(008)-8032/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-8032/2024

17.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-8032/2024 17.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs ünvan 1 ünvanında 11 sentyabr 2024-cü il tarixdə X2 məxsus daş hasarı dağıtmaqla əmlakı qəsdən məhv etmə və ya zədələməklə Azərbaycan Respublikasının İXM-nin 232- 1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Emin Abbasov tərəfindən MN ******* nömrəli, 16 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Zərərçəkmiş şəxs X3 izahatında göstərmişdir ki, bir ilə yaxındır ünvan 2 ünvanında özünə yaşamaq üçün ev almışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 11:00 radələrində o həmin evə gələn zaman görmüşdür ki, qonşuluqda yaşayan adını bilmədiyi qadın onun evinin hasarını söküb, əmlakını məhv edib, öz evinə pəncərə açmışdır. O həmin qadından hasarını niyə sökdüyünü soruşduqda həmin qadın yaxşı etdiyini bildirmişdir. X3 bu barədə DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. Hadisə yerinə baxış keçirilməsi baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokola əsasən, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Cabir Novruz küçəsi, nömrəsiz fərdi ev ünvanında qonşu tərəfindən daş hasar sökülərək pəncərə açılmışdır. xx.xx.2024-cü il tarixli cinayət işinin başılanmasının rədd edilməsi barədə Bakı şəhəri, Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X5 tərəfindən qəbul edilmiş qərardan görünür ki, vətəndaş X1 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Məhkəmə hesab edir ki, zəruri müvafiq sənədlər məhkəməyə təqdim edilmədiyindən, iş üzrə tam araşdırma aparılmadığından, dəymiş zərərin məbləğinin nəyə əsasən müəyyən edilməsinə dair sübutlar mövcud olmadığından, hasarın ümumi istifadədə olub-olmaması, zərər yetirilən əmlakın kimə məxsus olması, həmin əmlaka vurulan ziyanın qəsdən edilməsi ilə bağlı hallar araşdırılmadığından və təqdim edilmiş materiallar natamam olduğundan işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi mümkün deyil. Buna görə də Bakı şəhəri, Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin sahə inspektoru, polis kapitanı Emin Abbasov tərəfindən tərtib olunmuş MN ******* nömrəli, 16 dekabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol və digər materiallar natamam olduğundan icraata qəbul edilmədən geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Təqdim olunmuş sənədlərdən görünür ki, qanunun həmin tələblərinə riayət edilməmiş və həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsidən daxil olmuş Şəxsnun Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar