Məhkəmə qərarları › İş №3(008)-8034/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8034/2024

16.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8034/2024 16.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədova Günel İqbal qızının sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati protokol tərtib edilmiş Şəxs iştirakı ilə xx xxxxxx 1969-cu il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-2 qəsəbəsində kirayədə yaşayan-Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:10 radələrində Məhəmmədli qəsəbəsində şübhəli şəxs qismində saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda dəfələrlə DİN 102 Xidmətinə zəng edərək nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru X3 izahatında göstərmişdir ki, Şəxs 15 dekabr 2024-cü il tarixdə, saat 13:10 radələrində Məhəmmədli qəsəbəsində şübhəli şəxs qismində saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda dəfələrlə DİN 102 Xidmətinə zəng edərək nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Tərtib etdiyi protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, dəfələrlə DİN 102 Xidmətinə zəng edərək nalayiq ifadələr işlətdiyini etiraf edir və buna görə cəzasını çəkib. Polis əməkdaşları ona yaxınlaşan zaman könüllü olaraq onlarla Şöbəyə getmişdir. Törətdiyi əməldən peşmandır, bir daha belə əməllərə yol verməyəcək. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsindən daxil olmuş 16 dekabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 15 dekabr 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə pozaraq tabesizlik göstərmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsindən daxil olmuş 16 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs dəfələrlə DİN 102 Xidmətinə zəng edərək nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İş materiallarında olan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs xx.xx.2024cü il tarixdə, saat 13:10 radələrində Məhəmmədli qəsəbəsində şübhəli şəxs qismində saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış, eyni zamanda dəfələrlə DİN 102 Xidmətinə zəng edərək nalayiq ifadələr işlədərək xırda xuliqanlıq etmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 15 dekabr 2024-cü il tarixdə saat 15:30-da tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 15 dekabr 2024-cü il tarixdə polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, həmçinin xırda xuliqanlıq etmişdir. Bununla da, Əhmədov X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Əhmədov X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-nin 535.1-ci maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 15 dekabr 2024-cü il tarixdən, saat 15:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar