Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8047/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X14 qızının katibliyi ilə, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2005-ci il tarixdə Yevlax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 05 dekabr 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Eyvazov X6 qəsəbəsi, Fazendə YYM-i yolundakı döngəli hissədə qarşı yola çıxmaqla manevr qaydasını pozub əks yolda hərəkətdə olan “Toyota Corolla” markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə sonuncu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almış və avtomobillərə maddi zərər yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 27 oktyabr 2024-cü il tarixdə sosial şəbəkə avtomobillərin icarəsi ilə məşğul olan “X12” MMC-ni görərək istifadələrində olan ***-***-**-** və ***-***-**-** mobil telefonla əlaqə saxlayaraq avtomobil icarəsi barədə maraqlanmışdır. Bununla da onun iş yeri olan Yasamal rayonunda yerləşən dəqiq ünvanını bilmədiyi ünvana gedərək orada işləyən adını sonradan bildiyi X13 və onun yanında adını bilmədiyi bir nəfər şəxslə söhbət edərək günü 70 manat olmaqla Ford Fusion markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürmüşdür. Qeyd olunan MMC ilə aralarında müqavilə bağlanaraq idarə etmək üçün yol vərəqəsi vermişdir. Bununla da həmin günü təxminən saat 17 radələrində qeyd olunan Ford Fusion markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazendə YYM-i yolunda təxminən 40-50 km saat sürətlə hərəkətdə olarkən yolun döngəli hissəsində sürət həddini azaldıb dönüş etmək istədikdə düz qırıq-qırıq xəttin tələbini pozaraq qarşı yola çıxmışdır. Bu zaman qarşı əks yolda hərəkətdə olan X10 markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə idarə etdiyi avtomobilin sol qabaq hissələri qarşı-qarşıya toqquşaraq YNH-i baş verdi. Hadisə zamanı o və avtomobildə olan sərnişinlər heç bir xəsarət almamışdırlar. Lakin digər avtomobili idarə edən Zərərçəkmiş şəxs baş nahiyəsindən müxtəlif dərəcəli xəsarətlər almışdır. Hadisə zamanı TTYS-nın vasitəsi ilə X11 gedərək müayinə olunmuşdur. Hadisə zamanı yalnız Zərərçəkmiş şəxs xəsarət almışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, qeyd olunanları nəzərə alaraq barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 izahatında göstərdi ki, 27 oktyabr 2024-cü il tarixdə saat 17 radələrində Toyota Carolla markalı **-YM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Fazendə YYM-i yolunda təxminən 30- 40 km saat sürətlə hərəkətdə olarkən yolun döngəli hissəsində sürət həddini azaldıb dönüş etmək istədikdə anidən qarşı əks yolda hərəkətdə olan Ford Fusion markalı **-KR- *** dövlət qeydiyyat nişanlı avtomobil düz qırıq-qırıq xəttin tələbini pozaraq qarşısına doğru gəlməsini gördükdə sükanı sağa doğru istiqamətləndirsə də hadisənin qarşısını almaq mümkün olmamış və bunla da hərəkətdə olduğu zolaqda Ford Fusion markalı **- KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol ön hissəi ilə idarə etdiyi avtomobilin qabaq sol ön hissələri qarşı-qarşıya toqquşaraq YNH-i baş verdi. Hadisə zamanı zərbədən baş nahiyəsi avtomobilin şüşəsinə dəyərək müxtəlif dərəcəli xəsarətlər almışdır. Hadisə zamnaı digər avtomobilin sürücüsü özünü Şəxs kimi təqdim edən şəxs yaxınlaşaraq avtomobildən çıxmağına kömək etmişdir. TTYS-nın vasitəsi ilə X11 gedərək müayinə olunmuşdur. Hadisə zamanı yalnız o xəsarət almışdır. Hazırda barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 01 noyabr 2024-cü il tarixli 2702 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X2 təpə nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən 27 oktyabr 2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru X7 «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarının surətindən məlum olur ki, X9 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 05 dekabr 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, Şəxs törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir; 20 dekabr 2024-cü il tarixli ərizədən görünür ki, X1 Orxan Həsən oğlu ilə barışmış və onunla bağlı heç bir şikayət və tələbi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.1.7-ci maddəsinə əsasən törədilmiş inzibati xətanın zərərli nəticələrinin inzibati xəta törətmiş şəxs tərəfindən aradan qaldırılması və ya vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını(İXM- 32.1.1), zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışıq əldə etməsini və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-8047/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8047/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver