Məhkəmə qərarları › İş №3(008)-8050/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8050/2024

26.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8050/2024 26.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 05 dekabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 oktyabr 2024-cü il tarixdə, saat 19:00 radələrində idarə etdiyi “Toyota Prius (hibrid)” minik markalı, “** US ***” dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu Pirşağı qəsəbəsində hərəkətdə olarkən Şəxs manevr qaydasını pozarkən, piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə piyada Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib əməlindən peşmançılıq çəkdiyini və məhkəmədən onun barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs hadisədən sonra vermiş olduğu izahatı müdafiə edərək Şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını və onunla barışdığını söyləyərək ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə tərəfindən işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 26 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 19:35 radələrində DİN-nin “102” zəng məlumat xidmətindən (2********) (***-***-**-**) X2 məlumat vermişdir ki, Pirşağı qəsəbəsi “Dəniz” marketin yaxınlığında piyada qismində olan qohumu Zərərçəkmiş şəxs “Toyota” markalı “** US ***” dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü vurub getmişdir. “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 26 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Toyota” markalı “** US ***” dövlət qeydiyyat nişanlı minik avtomobili yolu sağdan sola piyadanı avtomobilinin qabaq ön hissəsi ilə vurmuşdur. “Məhkəmə-tibbi ekspertiza təyin edilməsi barədə” 30 oktyabr tarixli qərardan görünür ki, material üzrə məhkəmə-tibbi ekspertizası təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” X5 Sabunçu Rayon Şöbəsinin canlı şəxsin ekspertizasının 02 noyabr 2024-cü il tarixli, 2717 saylı ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ağrı simptomu ilə müşayiət olunan sol diz oynağı nahiyəsinin sol baldıra keçən dərialtı hematoması müəyyən edildi. Xəsarət bərk küt əşya təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 13 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə müəyyən edilmiş cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, sonuncunun İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.8-ci maddələri ilə məsuliyyətə cəlb edilməsi üçün barəsində toplanmış materiallar Bakı şəhəri Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin polis baş leytenantı X3 tərəfindən tərtib edilmiş 05 dekabr 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 26 oktyabr 2024-cü il tarixdə, saat 19:00 radələrində idarə etdiyi “Toyota Prius (hibrid)” minik markalı, “** US ***” dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu Pirşağı qəsəbəsində hərəkətdə olarkən Şəxs manevr qaydasını pozarkən, piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə piyada Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti almışdır. Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təqribən 19 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, 33-cü dalanın qarşısı ilə yolu piyada vəziyyətdə gedərkən həmin dalandan çıxan "Toyota Prius" markalı “** US ***” dövlət qeydiyyat nişanlı avtomobil sağa doğru dönmə əməliyyatı edərkən qabaq hissəsi ilə onu vurmuşdur. Hadisədən sonra həmin avtomobilin sürücüsü avtomobildən düşməyərək pəncərədən başını çıxardıb "bağışla" ifadəsini işlədərək sürərək hadisə yerindən uzaqlaşıb çıxıb getmişdir. Hazırda onunla barışmışdır, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, bu səbəbdən də ona yüngül cəza təyin edilməsini xahiş edir. Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təqribən 19 radələrində Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşadığı ünvandan “Toyota Prius” markalı “** US ***” dövlət qeydiyyat nişanlı avtomobili ilə çıxaraq hərəkətinə davam edərək 33-cü dalandan əsas yola çıxıb düzünə hərəkətini davam etdirdikdə yolu keçən piyadanı gördükdə əyləcdən istifadə edərək avtomobili saxlayıb həmin piyadaya yol vermişdir. Bu zaman həmin piyada da dayanaraq onun sürüb getməyini gözlədikdə o piyadanın hərəkət etməyəcəyini düşünüb avtomobilini hərəkətə gətirdikdə avtomobilinin qabaq hissəsi ilə həmin piyadanı vurmuşdur. Hadisədən sonra o həmin şəxsə pəncərədən bağışla ifadəsini işlədərək sürüb çıxıb getmişdir. Sürücülük vəsiqəsi əsasında avto maşın idarə edərək pul qazanır, zərərçəkmiş şəxslə barışımış və ona dəymiş ziyanı qarşılamışdır. Məhkəmədən qeyd edilənləri nəzərə almasını xahiş etmişdir. Məhkəmə qanunvericiliyin normalarını rəhbər tutub, iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi barəsində inzibati qaydada icraat aparılan şəxsin özünün etirafedici izahatı ilə yanaşı, zərərçəkmiş şəxsin izahatı, müvafiq ekspert rəyi və inzibati materialda olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını (İXM 32.1.1), zərərçəkmiş şəxslə barışıq əldə edildiyini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar