Məhkəmə qərarları › İş №3(008)-8058/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8058/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8058/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 qızının katibliyi ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük idarəsi Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 26 noyabr 2024-cü il tarixli 01400-09205/24 nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Xaçmaz Gömrük idarəsinin, Rəsmiləşdirmə Mərkəzinin 12 avqust 2024-ci il tarixli, 3-33-1700/012/004148 saylı raportunun icarsı ilə əlaqədar olaraq bildirilirki, Şəxs MMC tərəfindən 2024-cü il tarixdə bir gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan 1039,46 ABŞ dolları (1767,08 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. Dövlət Gömrük Komitəsinin “Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemin”-dən əlavə etdikləri məlumata əsasən Şəxs MMC-nin ********** saylı VÖEN-lə ünvan 1 ünvanında qeydiyyata alınmış, fəaliyyəti aktivdir, hüquqi şəxsin rəhbəri Azərbaycan Respublikası vətəndaşı, şəxsiyyət vəsiqəsi seriya nömrəsi AZE 15126348 olan, doğum tarixi xx.xx.1962-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan X2r. Aparılan araşdırma ilə əlaqədar, Şəxs MMC-nin nümayəndəsi və rəhbəri X1 Gömrük İdarəsinə dəvət olunmuş, lakin MMC-nin nümayəndəsi və rəhbəri X3 çağırış üzrə gəlməmiş və 1039,46 ABŞ dolları (1767,08 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülməməsinin səbəbini də bildirməmişlər. Dövlət Gömrük Komitəsinin “Vais” sistemindən əldə etdiyi məlumata əsasən, 1039,46 ABŞ dolları (1767,08 manat) məbləğində vəsait MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. Beləliklə də, Şəxs MMC tərəfindən Xaçmaz Gömrük İdarəsində ixrac gömrük prosedurunda rəsmiləşdirdiyi yüklərin müqabilində bəyannamələr üzrə köçürülməli olan 1039,46 ABŞ dolları (1767,08 manat) məbləğində vəsaitin Azərbaycan Respublikasındakı müvəkkil bankında olan hesabına köçürülməsi təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-yə və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük idarəsi məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “VAİS”-ə baxış protokolundan görünür ki, Xaçmaz Gömrük İdarəsində Şəxs MMC tərəfindən rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçürülməli olan vəsaitlərin müvəkkil bank hesabına köçürülməsinin təmin edilməsi üçün aparılan araşdırma ilə bağlı xx.xx.2024-cü il tarixdə Dövlət Gömrük Komitəsinin “VAİS” sisteminə baxış keçirərək Şəxs MMC-nin Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi malların müqabilində köçürülməli olan 1039,46 ABŞ (1767,08 manat) məbləğində vəsait Şəxs MMC-nin müvəkkil olunmuş bank hesabına köçürülməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi qaydalarının” 12,2-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiva yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində müvəkkil bankda olan hesabına köçürülməsini təmin etməlidirlər. Hüquqi şəxs Şəxs MMC Rusiya Federasiyasında fəaliyyət göstərən şirkətlə arasında bağlanılmış müqaviləyə istinad etməklə Xaçmaz Gömrük İdarəsində ümumilikdə 1 (bir) gömrük bəyannaməsi ilə rəsmiləşdirmə aparıb ümumilikdə sözügedən gömrük bəyannaməsi üzrə 1039,46 ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində əldə edilmiş 1039,46 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, araşdırma zamanı hüquqi şəxs Şəxs MMC tərəfindən Rusiya Federasiyasında fəaliyyət göstərən şirkətlə arasında bağlanılmış müqaviləyə istinad etməklə 1 (bir) gömrük bəyannaməsi üzrə xarici iqtisadi fəaliyyət nəticəsində ümumilikdə 1039,46 ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Xaçmaz Gömrük idarəsi tərəfindən tərtib edilmiş 26 noyabr 2024-cü il tarixli 01400-09205/24 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Xaçmaz Gömrük idarəsinin, Rəsmiləşdirmə Mərkəzinin 12 avqust 2024-ci il tarixli, 3-33-1700/012/004148 saylı raportunun icarsı ilə əlaqədar olaraq bildirirəm ki, Şəxs MMC tərədindən 2024-cü il tarixdə bir gömrük bəyannaməsi üzrə Xaçmaz Gömrük İdarəsində rəsmiləşdirərək ixrac etdiyi yüklərin müqabilində köçrülməli olan 1039,46 ABŞ dolları (1767,08 manat) məbləğində vəsaitin MMC-nin müvəkkil bankda olan hesabına köçürülmədiyi qeyd edilmişdir. xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən “ARVİAY" MMC şirkətinə **********4701 sorğu nömrəli mallar ixrac edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanın 12.2-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankdakı hesablarına köçürülməsini təmin etməlidirlər. Lakin, fərmanda göstərilən müddətin bitməsinə baxmayaraq hüquqi şəxs tərəfindən yuxarıda qeyd edilmiş gömrük bəyannaməsi üzrə konsiqnasiya yolu ilə ixrac edilmiş malların müqabilində Azərbaycan Respublikasındakı müvəkkil edilmiş bankdakı hesablarına hər hansı vəsait daxil olmamışdır. Şəxs MMC-nin gömrük qaydaları əleyhinə olan İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 26 noyabr 2024-cü il tarixli 01400-09205/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd”inə əsasən bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.1-ci yarımbəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, inzibati xəta haqqında iş üzrə Şəxs MMC kommersiya fəaliyyəti ilə əlaqədar Rusiya Federasiyasında yerləşən RVİ JSC Şirkəti ilə xx.xx.2023-cü il tarixli, RVİ-N20-ECO-241023 nömrəli müqavilə bağlayıb 1039,46 (min otuz doqquz dollar qırx altı sent) ABŞ dolları məbləğində malları sataraq xx.xx.2024-cü il tarixlərdə Xaçmaz Gömrük İdarəsində **********4701 sorğu nömrəli gömrük bəyannaməsi ilə rəsmiləşdirilməklə, Rusiya Federasiyasında yerləşən RVİ JSC Şirkətinə ixrac etmiş, buna görə də Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi” Qaydalarının 12.2-ci yarımbəndinin tələblərinə riayət etməklə konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməli olduğu halda, **********4701 sorğu nömrəli gömrük bəyannaməsi üzrə milli valyutaya nisbətdə 1767,08 (min yeddi yüz altmış yeddi manat səkkiz qəpik) manat təşkil edən 1039,46 (min otuz doqquz dollar qırx altı sent) ABŞ dolları xarici valyutada vəsaiti bu müddət ərzində müvəkkil bank hesabına, yaxud digər bank hesablarına köçürülməsini təmin etməmiş, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini xaricdən qaytarmamışdır. Bununla da, Şəxs MMCnın gömrük qaydaları əleyhinə olan Azərbaycan Respublikası İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə barəsində 26 noyabr 2024-cü il tarixli, 01400-09205/24 nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı hüquqi şəxs Şəxs MMC-nin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinməli və barəsində inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizi məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 1039,46 (min otuz doqquz dollar qırx altı sent) ABŞ dolları valyuta vəsaiti məbləğinin otuz faizi miqdarında, yəni 311,838 (üç yüz on bir dollar səkkiz yüz otuz səkkiz sent) ABŞ dolları (ABŞ dollarının ödəniş gününə qüvvədə olan Azərbaycan manatına məzənnəsi ilə) cərimə növündə tənbeh tədbiri tətbiq edilsin Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar