Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8105/2024 20.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 20 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs bir uşağa görə hər ay 19 sentyabr 2023-cü il tarixdən başlayarq 220 manat məbləğində aliment tutularaq X5 ödənilməlidir. Hazırda Şəxs 3300 manat məbləğində aliment borcu vardır. İcra məmurunun qanuni tələblərini yerinə yetirməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X8 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Novruzov X9 Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü qismən təqsirli bilərək göstərdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs bir uşağa görə hər ay 19 sentyabr 2023-cü il tarixdən başlayarq 220 manat məbləğində aliment tutularaq X5 ödənilməsi qət olunmuşdur. Hazırda uşağın biri onun yanında qalır, digəri isə anadadır. Hazırda işləmədiyindən və maddi imkanı olmadığında aliment borcunu ödəyə bilmir. 26 oktyabr 2024-cü il tarixdə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermişdir. Ödəniş etməkdən imtina etmir. Hazırda hər hansı məbləğdə ödəniş etmək üçün maddi imkanı olmadığını bildirmişdir. Məhkəmədən ona 1 ay müddətinə vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs məhkəməyə gəlməmişdir, gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli icra sənədindən görünür ki, 21dekabr 2015-ci il tarixdə X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 19 sentyabr 2023-cü il tarixdən başalyaraq 220 manat məbləğində aliment iddiaçı X6 xeyrinə tutulmalıdır; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; İcraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə qərar və bildirişin surətini qəbul etmişdir; Tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, 2(008)-496/2024 saylı, 30 sentyabr 2024-cü icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; 26 oktyabr 2024-cü il tarixli Apellyasiya şikayətindən görünür ki, Şəxs tələbinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli qətanməsinin qismən, xx.xx.2014-cü il tarixdə doğulmuş X7 atası Şəxs alınıb anaları X5 verilməsi, xx.xx.2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Şəxs hər ay Şəbnəm atasından alınıb anasına verildiyi gündən başlayaraq 220 manat məbləğində aliment iddiaçı X4 xeyrinə tutlması hissəsində ləğv edilməsi, iddia tələbinin həmin hissədə rədd olunması, Şəbnəmin atasının himayəsində saxlanması və Şəbnəmin yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan hər ay xx.xx.2023-cü il tarixdən başlayaraq 220 manat məbləğində aliment Şəxs xeyrinə tutlması barədə yeni qətanmə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında 20 dekabr 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-496/2024 saylı, 30 sentyabr 2024-cü il tarixli icra sənədi üzrə aliment borcunu tam olaraq ödəməmişdir. Belə ki, Şəxs üzrlü səbəb kimi uşağın birinin onun himayəsində qalması, digər uşağın onun himayəsinə verilməsi ilə bağlı apellyasiya şikayəti verdiyini əsas gətirmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilir. Göründüyü kimi, həmin qətnamədən apellyasiya şikayətinin verilməsi onun icrasını dayandırmır. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 20 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs 20 dekabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-8105/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8105/2024
20.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver