Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8162/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Baxşiyev Yavər Qafil oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Kənan Bəydəmirlinin iştirakları ilə, xx.xx.1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, MN 1989678, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs 21 dekabr 2024-cü il tarixdə Maştağa qəsəbəsi ərazisində ictimai qaydanı kobudcasına pozaraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş və 19 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin X2 müayinə zamanı Şəxs sidik nümunəsindən narkotik vasitə olan MOP (+), AMP (+) aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərdi ki, 21 dekabr 2024-cü il tarixdə Maştağa qəsəbəsi ərazisində polis əməkdaşları ona yaxınlaşarkən o, polis əməkdaşlarını gördükdə qaçmağa başlamışdır. Polis əməkdaşlarına tabesizlik göstərmiş, onlar tərəfindən saxlanıldıqda onlara qarşı nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları tərəfindən 14-cü Polis Şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Daha sonra “Respublika Narkoloji Mərkəzi” X2 narkoloji tibbi müayinədən keçmiş, narkotik vasitədən istifadə etdiyi aşkar olunmuşdur. O 44 günlük müharibə iştirakçısıdır, bir bununla bağlı bir neçə medalları vardır. Beləliklə o, törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə halların təkrarlanmayacağına söz vermişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı Kənan Bəydəmirli xx.xx.2024-cü il tarixli, MN 1989678, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrinin tələblərini pozduğunu bildirmiş və onun barəsində müvafiq inzibati tənbeh tədbirinin görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN 1989678, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, 21 dekabr 2024-cü il tarixdə Maştağa qəsəbəsi ərazisində ictimai qaydanı kobudcasına pozaraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş və 19 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin X2 müayinə zamanı Şəxs sidik nümunəsindən narkotik vasitə olan MOP (+), AMP (+) aşkar edilmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin 14-cü Polis Şöbəsinin ə/m, polis baş leytenantı Biləndər Əliyev və Elçin Əbilov tərəfindən tərtib edilmiş 21 dekabr 2024-cü il tarixli raportdan görünür ki, 21 dekabr 2024-cü il tarixdə saat 14:30 radələrində Maştağa qəsəbəsində oğurluq hadisələri ilə bağlı inzibati ərazidə xidmətdə olan zaman bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşaraq, özlərini təqdim etmiş, özünü onlara Rüfət kimi tanıdan şəxsdən şəxsiyyətini təsdiq edən hər hansı bir sənədlər istədikdə sənədlərinin üzərində olmadığını bildirdi və suallarına yayındırıcı cavablar verdi. Həmin şəxsi 14-cü Polis Şöbəsinə dəvət edib gətirən zaman polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadı, tabesizlik göstərdi və qaçmağa çalışdı. Onu saxlayan zaman nalayiq ifadələr işlətmişdir. Çətinliklə də olsa həmin şəxsi 14-cü Polis Şöbəsinə gətirib, raportla növbətçi hissəyə təhvil vermişdirlər. PŞ-də məlum oldu ki, Rüfət adlı şəxs xx.xx.1998-ci il təvəllüdlü Şəxsdur; 19 fevral 2024-cü il tarixli, 7894 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində MOP (+), AMP (+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; İnzibati qaydada tutma haqqında 21 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 21 dekabr 2024-cü il tarixdə, saat 14:30-da tutulmuşdur; Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi Qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməis haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından görünür ki, Şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 21 dekabr 2024-cü il tarixdə Maştağa qəsəbəsi ərazisində ictimai qaydanı kobudcasına pozaraq nalayiq ifadələr işlətmiş, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq tabesizlik göstərmiş və 19 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Narkoloji Mərkəzinin X2 müayinə zamanı Şəxs sidik nümunəsindən narkotik vasitə olan MOP (+), AMP (+) aşkar edilmişdir. Bununla da, Salayev X1 Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, 44 günlük müharibənin iştirakçısı olmasını, bununla bağlı medalla təltif edilməsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Salayev X1 Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli və o, məhkəmə iclas zalından dərhal azad olunmalıdır. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 206-cı maddəsi ilə 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-8162/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8162/2024
23.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver