Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8192/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X10 qızının katibliyi ilə, X1 iştirakları ilə, X1 Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin inzibati tənbeh verilməsi haqqında 23 noyabr 2024-cü il tarixli, EQ seriyalı 24732574 saylı qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri X12 Şöbəsinin inzibati tənbeh verilməsi haqqında 23 noyabr 2024-cü il tarixli, EQ seriyalı 24732574 saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 23 noyabr 2024-cü il tarixində telefonuna SMS vasitəsi ilə EQ seriyalı 24732574 nömrəli protokol və həmin protokol əsasında qəbul edilmiş qərarla 600 manat məbləğində cərimə hesablandığına dair bildirişi göndərilmişdir. Adı çəkilən EQ seriyalı 24732574 nömrəli protokol, istifadəsində olan 99GH040 dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin, xx.xx.2024-cü il tarixdə, saat 06-37-də, M- 21, 44,6 km, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Quba istiqamətində hərəkədə olarkən tərtib edilmişdir. X3 Məcəlləsinin 353.2-ci maddəsinin tələblərinin pozulduğu, yəni iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi, göstərilmişdir və həmin maddəyə əsasən cərimə tətbiq olunub. Ona məxsus avtomobillə yüklərin daşınması zamanı qeyd olunan İXM-nin 353.2-ci maddəsinin tələblərinin pozulmasına yol verilməmişdir. Protokol həqiqəti əks etdirmir. Belə ki, ona məxsus avtomobilin yarımqoşqusu (yanacaq çəni) ilə dizel, Al 92 və Aİ 95 benzin yanacağı daşıyır. Sözügedən maşının yanacaq çəni zavod istehsalıdır, Beynəlxalq yükdaşıma və mövcud standartların tələblərinə uyğundur. Bununla bağlı uyğunluq sertifikatı və istismarına icazə verilmişdir. Bu baxımdan, avtomobildə artıq yük olması texniki cəhətdən mümkün deyildir. Ona görə də adı çəkilən nəqliyyat vasitəsində normadan artıq yanacağın daşıdığı və ya yükləndiyi barədə qeyd edilənlər həqiqətə uyğun olmadığı bəllidir. Çünki yanacağın kütlə çəkisi məlum və yanacaq çənindən kənarda yüklənməsi mümkünsüz olduğu da bəlli. Belə olan halda yanacaq çənin doldurulmuş vəziyyətdə, onun həcminə nisbətdə müəyyənləşdirilmiş çəkisini ötə bilməyəcəyi mübahisəsiz haldır. Neft bazadan yanacaq daşıma çənlərinin hər biri üçün müəyyən edilən cizgiyə kimi doldurulduğundan, çənin ümumu həcm tutumuna görə hər 10 tona nisbətdə 1 tona qədər az olur. Bu baxımdan yanacaq daşıma çənlərinin müəyyən edilmiş çəkisindən artıq yanacaqla yüklənməsnin müəyyən edilməsi praktiki mümkün olamayandır. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş, avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları, həmçinin Təhlükəli yüklərin avtomobil nəqliyyatı ilə daşınması qaydalarına uyğun olaraq, neft bazasında yanacaq yüklərinin yüklənməsi zamanı yanacaq çəninin daxilində qeyd olunmuş göstəriciyə qədər doldurulmalıdır. Qeyd olunmuş göstəricidən aşağı yanacaq doldurmaq, potensial qəza şəraiti yaradır ki, bu da öz növbəsində idarəetmə zamanı avtomobili aşırıb partlada bilər. Bu isə magistral yolda fövqəladə təhlükəli vəziyyət yarada bilər. Belə ki, benzin yanacağının çənə doldurulması zamanı yükün göstəricidən aşağı olması hərəkət zamanı, sərbəst çalxalanma böyük təzyiqdə qazlanma yaradar və bu da öz növbəsində güclü partlayışa səbəb ola bilər ki, onun və digər yol iştirakçılarının həyatı üçün ağır nəticələrə səbəb ola bilər. Həmçinin nəzərə alınmalıdır ki, adı çəkilən protokollar iştirakı olmadan tərtib edilməklə, hansı şəraitdə və necə tərtib edildiyindən məlumatsız olmuşdur. Həmin protokollar əsasında qərar qəbul ediləndə də ona məlumat verilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2 və 100.3-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta ilə bağlı barəsində 600 manat cərimə tətbiq edilmək qərarı qəbul edərkən, həmin qərarın çıxarılmasına əsas vermiş, EQ seriyalı 24732574 nömrəli protokolun qanuna uyğunluğu və qeyd olunan pozuntunu təşkil edən “çənin həcmindən artıq çəkidə yanacağın yüklənməsinin mümkünlüyü” yoxlanılmalı idi. Çünki, inzibati xəta haqqında protokol, inzibati qərarın qəbul edilməsi üçün sübut vasitəsidir. Onunla bağlı hər hansı şübhələr, barəsində inzibati icraat aparılan şəxsin xeyrinə şərh olunmalıdır. Yuxarıda şərh olunanları nəzərə alaraq, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən 600 manat cərimə tətbiq edilməsi barədə xx.xx.2024-cü il tarixli EQ seriyalı 24732574 nömrəli elektron qərarın ləğv edilməsi və cərimənin silinməsi, həmin inzibati xəta haqqında protokollarla bağlı inzibati icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında X8 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin inzibati tənbeh verilməsi haqqında 23 noyabr 2024-cü il tarixli, EQ seriyalı 24732574 saylı qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbdən gəlməməsi barədə hər hansı məlumat verməmişdir. Məhkəmə barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 23 noyabr 2024-cü il tarixli EQ seriyalı 24732574 saylı qərardan görünür ki, X8 xx.xx.2024-cü il tarixində saat 06:37-də M-1 44.6 km, Sumqayıt şəhəri, H.Z.Tağıyev. Quba istiqaməti ərazisində “MERCEDES 1844 LS YÜK” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqiyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilməsinə görə, barəsində 600 manat məbləğində cərimə tətbiq edilmişdir; Fotoşəkillərdən görünür ki, “MERCEDES 1844 LS YÜK” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinin aşılması müəyyən edilmiş, yəni çəki 46640 kq olduğu göstərilmişdir. Fövqəladə Hallar Nazirliyi X4 Görülməsi və X5 Agentliyinin Nəqliyyat vasitəsinin təhlükəli yüklərin daşınmasına buraxılması haqqında 0515 nömrəli şəhadətnamədən görünür ki, **-GH-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə təhlükəli yüklərin daşınmasına cavab verdiyini və daşınmaya buraxıldığını təsdiq edərək 04 aprel 2025-ci il tarixədək etibarlı olan şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin nformasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 127-1.2. İnzibati tənbeh vermə haqqında elektron qərar qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması ilə əlaqədar xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə elektron qaydada dərhal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ən yaxın nəzarət məntəqəsinə göndərilir. 127-1.3. Bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunur. 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X8 Azərbaycan Respublikası İXMnin 353.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Təqdim olunmuş 23 noyabr 2024-cü il tarixli EQ seriyalı 24732574 saylı qərarda X6 xx.xx.2024-cü il tarixində saat 06:37-də M-1 44.6 km, Sumqayıt şəhəri, H.Z.Tağıyev. Quba istiqaməti ərazisində “MERCEDES 1844 LS YÜK” markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqiyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi nəticəsində Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi göstərilsə də, bunu təsdiq edən hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Yalnız elektron sistemə əlavə edilmiş fotoşəkildə 99GH040 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin çəkisinin 46640 kq olduğu qeyd edilmişdir. İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqana həmin texniki vasitənin sertifikatının olub olmaması barədə məlumat verilməsi tələb olunsa da, bu barədə hər hansı məlumat məhkəməyə təqdim edilməmişdir. Halbuki, İXM-nin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Bundan başqa, İXM-nin 127-1.3-cü maddəsinin tələbi baxımından inzibati xətaların törədildiyi nəqliyyat vasitəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı tərəfindən nəzarət məntəqəsində saxlanılır və inzibati tənbeh vermə haqqında elektron qərarın və xüsusi texniki vasitələrin məlumatlarının kağız daşıyıcıda surətləri nəqliyyat vasitəsini idarə edən şəxsə təqdim olunması göstərilsə də, X8 tərəfindən idarə edilən nəqliyyat vasitəsi saxlanılmamış, bu barədə elektron qərar və xüsusi texniki vasitələrin göstəricisi ona təqdim edilməmişdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin inzibati tənbeh verilməsi haqqında 23 noyabr 2024-cü il tarixli, EQ seriyalı 24732574 saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində İXM-nin 353.2-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X12 İdarəsinin inzibati tənbeh verilməsi haqqında 23 noyabr 2024-cü il tarixli, EQ seriyal 24732574 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-8192/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8192/2024
28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver