Məhkəmə qərarları › İş №3(008)-8221/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8221/2024

25.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8221/2024 25.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi X4 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin rəisi, polis mayoru X2 iştirakları ilə, xx.xx.1999-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 25 dekabr 2024-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs 23 dekabr 2024-cü il tarixdə 14-cü Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmuş, nizam-intizam qaydalarına riayət olunması tələb olunsa da o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilərək izahatında göstərmişdir ki, “Tik Tok” sosial şəbəkəsində “kriminal aləmə” aid olan mahnı ilə özünə məxsus olan 0721 markalı avtomobili paylaşmışdır. Bununla bağlı onu 14-cü Polis Şöbəsinə dəvət etmişdirlər. Şöbədə olarkən ona sosial şöbəkədə paylaşdığı video görüntünü silməyi tələb etmişdirlər. O da həmin videogörüntü silmişdir. Əvvəlcə qorxduğu üçün polis əməkdaşlarının çağırışına gəlməmişdir, lakin xırda xuliqanlıq etməmiş, heç bir nalayiq ifadə işlətməmişdir. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini, bir daha belə hallara yol verməyəcəyini bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin rəisi, polis mayoru X2 izahatında göstərmişdir ki, Şəxs 23 dekabr 2024-cü il tarixdə 14-cü Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmuş, nizam-intizam qaydalarına riayət olunması tələb olunsa da o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 25 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 223 dekabr 2024-cü il tarixdə 14-cü Polis Şöbəsinin inzibati binasında nizam-intizam qaydalarına riayət olunması tələb olunsa da o, polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 25 dekabr 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 23 dekabr 2024-cü il tarixdə 14-cü Polis Şöbəsinin inzibati binasında uca səslə nalayiq ifadələr işlədərək şöbənin iş rejimini pozmuşdur. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin məsul növbətçi polis mayoru Mövlüd Məmmədov, Sabunçu RPİ-nin 14-cü PŞ-nin ə/m polis kapitanı Zahid Paşayev və Sabunçu RPİ-nin 14-cü PŞ-nin s/i, polis mayoru Ceyhun Heydərov tərəfindən tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli raportdan görünür ki, sosial şəbəkədə polis əməkdaşları ilə bağlı videogörüntü paylaşmış – xx.xx.1999-cu il təvəllüdlü Şəxs xx.xx.2024-cü il tarixdə 14-cü PŞ-nin inzibati binasına dəvət edilmiş, şöbənin inzibati binasında Şəxs dəvət edilməsi səbəbləri izah edilərək ondan sosial şəbəkədə paylaşdığı videogürüntünü silməsi istənilmiş lakin o, heç bir əsas və səbəb olmadan uca səslə nalayiq ifadələr işlədərək şöbənin inzibati binasında qanunsuz əməllərini davam etdirərək şöbənin gündəlik iş rejimini pozmaqla polis əməkdaşlarının xidməti otaqlarından dəhlizə çıxmalarına, eləcə də həmin vaxt inzibati binanın dəhlizində olan vətəndaşlarda əsaslı narazılıq yaranmasına səbəb olmuşdur. Tərəflərindən həmin şəxsin nizam-intizam qaydalarına riayət etməsi tələb olunsa da, o onların qanuni tələblərinə tabe olmayaraq öz əməllərinə davam edərək növbətçi hissənin və şöbənin iş rejimini 15 dəqiqə pozmuşdur; İnzibati qaydada tutma haqqında 23 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 23 dekabr 2024-cü il tarixdə saat 20:20-də tutulmuşdur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta kimi müəyyən edilmişdir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, şahidin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə pozaraq tabesizlik göstərmiş, bununla da, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarına qarşı nalayiq ifadələr və söyüşlər işlətməsini təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti aydın göstərilməmişdir. Belə ki, tərtib edilmiş raportlarda və inzibati xəta haqqında protokolda Şəxs 23 dekabr 2024-cü il tarixdə X5 əməkdaşlarının qanuni tələblərini pozaraq tabesizlik göstərdiyi, lakin polis əməkdaşlarına qarşı nalayiq ifadələr və söyüşlər işlətməsindən bəhs etsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bunu təkzib etmiş, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Raportu tərtib edən şəxslərin məhkəmə iclasında iştirakının təmin edilməsi istənilsə də , şahidlərin iştirakı təmin edilməmiş, bunu təsdiq edən digər sübut məhkəməyə təqdim edilməmişdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməli, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Saunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar