Məhkəmə qərarları › İş №3(008)-8248/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8248/2024

28.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8248/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X10 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol X11 Nəqliyyat Hadisəsi üzrə inspektoru, polis leytenantı X5, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Astara rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsindən daxil olmuş 28 dekabr 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Nəhmətli X1 qəsəbəsi, Zabrat-Maştağa yolunda hərkətdə olub, sürücülük hüququ olmadan avtomobili idarə edərkən, manevr qaydasını pozub, düzgün ara məsafəsi saxlamayıb, qarşısında hərəkət edən “MERCEDES B” markalı **-Eİ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, nəticədə avtomobillərə maddi zərər yetirilmiş və sonuncu avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol X11 Nəqliyyat Hadisəsi üzrə inspektoru, polis leytenantı X8 izahatında göstərmişdir ki, Nəhmətli X1 qəsəbəsi, Zabrat-Maştağa yolunda hərkətdə olub, sürücülük hüququ olmadan avtomobili idarə edərkən, manevr qaydasını pozub, düzgün ara məsafəsi saxlamayıb, qarşısında hərəkət edən “MERCEDES B” markalı **-Eİ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, nəticədə avtomobillərə maddi zərər yetirilmiş və sonuncu avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Buna görə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 02 noyabr 2024-cü il tarixdə saat təxminən 14 radələrində “TOYOTA PRİUS” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu ilə üzü Maştağa qəsəbəsi istiqamətində iki istiqamətli üç zolaqlı yolda üçüncü zolaqla hərəkətdə olduğu zaman anidən idarəetməni itirərək onunla eyni istiqamətdə qarşısında hərəkətdə olan Mercedes Benz markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən idarə etdiyi avtomobilin ön hissəsi ilə vuraraq dayandı. Baş vermiş hadisə zamanı heç bir xəsarət almamışdır. Beləliklə o, əməlindən peşmançılıq çəkdiyini və barəsində inzibati cərimə növündə tənbeh tədbirinin seçilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 28 dekabr 2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Nəhmətli X1 qəsəbəsi, Zabrat-Maştağa yolunda hərkətdə olub, sürücülük hüququ olmadan avtomobili idarə edərkən, manevr qaydasını pozub, düzgün ara məsafəsi saxlamayıb, qarşısında hərəkət edən “MERCEDES B” markalı **-Eİ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuş, nəticədə avtomobillərə maddi zərər yetirilmiş və sonuncu avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Sabunçu RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Altay Məmmədov tərəfindən 02 noyabr 2024-cü il tarixdə tərtib edilmiş yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, hadisə Zabrat-Maştağa yolunda baş vermiş, “TOYOTA PRİUS” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil manevretmə qaydalarını pozaraq, düzgün ara məsafəsi saxlamadığı üçün “MERCEDES B” markalı **-Eİ-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsindən vurub toqquşmuşdur; X2 izahatından görünür ki, 02 noyabr 2024-cü il tarixdə saat təxminən 14 radələrində “MERCEDES BENZ” markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Maştağa yolu ilə üzü Maştağa qəsəbəsi istiqamətində iki istiqamətli üç zolaqlı yolda üçüncü zolaqla işıqforun yaşıl işığı yanan zaman hərəkətə başlayarkən sola doğru manevr etmək istəyən zaman onunla eyni istiqamətdə arxasıyca hərəkətdə olan “TOYOTA PRİUS” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirib avtomobilin ön hissəsi ilə idarə etdiyi avtomobilin arxa hissəsindən vuraraq dayandı. Baş vermiş hadisə zamanı avtomobilində tək olmuşdur; X6 izahatından görünür ki, 02 noyabr 2024-cü il tarixdə saat 09 radələrində yaxın dostu Şəxs yaşadığı mənzilə gələrək zərurət yarandığı üçün “TOYOTA PRİUS” markalı **- CM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə təcili Maştağa qəsəbəsinə getmək istədiyini bildirdi, o da təcrübəli sürücü olduğu üçün buna etiraz etməyərək etibarnamə əsasında idarə etdiyi avtomobili Maştağa qəsəbəsinə getmək üçün ona vermişdir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 19 noyabr 2024-cü il tarixli 2739 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X3 alın nahiyəsinin əzilmiş yarası müəyyən edildi. Xəsarət bərk-küt əşya təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir; Sabunçu RPİ-nin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru Altay Məmmədov tərəfindən tərtib edilmiş 21 noyabr 2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən vətəndaş X2 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, sürücülük vəsiqəsi olmadan avtomobil idarə edərək yol-nəqliyyat hadisəsi törətmiş və zərərçəkmiş şəxsin sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirməsinə görə “Toyota Prius” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə, sürücülük hüququ olmayan şəxsə avtomobil idarə etmək üçün verilməsinə və qeyd olunan inzibati xəta yol-hərəkət qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə “Toyota Prius” markalı 01- CM-859 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X7 Azərbaycan Respublikası İXM-nin 335.3-cü maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın sürəti Sabunçu RPİ-nin DYPŞ-nə göndərilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə yüz manat məbləğində cərimə edilir. 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1) və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə, q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar