Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-8257/2024 29.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X1 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1i ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: 29 dekabr 2024-cü il tarixli, MN ******* və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən 27 dekabr 2024-cü il tarixdə icraatda olan material ilə əlaqədar vətəndaş Şəxs PŞ-nə dəvət edilən zaman nalayiq küçə söyüşləri ilə polis əməkdaşlarını təhqir etmiş, barəsində 27 dekabr 2024-cü il tarixdə Respublika Narkoloji Mərkəzində keçirilən müayinə zamanı narkotik maddə hesab edilən MET istifadəçisi olduğu müəyyən edilmişdir. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, 2 aydır ki, arvadı Aygün və qaynanası ilə münasibətləri pozulub və mütəmadi olaraq onlarla mübahisələr edir. Şikayətlə bağlı onu 12-ci PŞ-dən əməkdaşlar yığdığı zaman o, spirtli içkinin təsiri altında olduğu üçün həmin şəxsin polis olduğuna inanmamış və qeyri-etik ifadələr işlətmişdir. Bir neçə həftə bundan qabaq narkotik maddə hesab edilən metamfetamin istifadə etdiyini səmimi olaraq etiraf etmişdir. Beləliklə o, törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə halların təkrarlanmayacağına söz vermişdir. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin sahə inspektoru, polis leytenantı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, 27 dekabr 2024-cü il tarixdə icraatda olan material ilə əlaqədar vətəndaş Şəxs PŞ-nə dəvət edilən zaman nalayiq küçə söyüşləri ilə polis əməkdaşlarını təhqir etmiş, barəsində 27 dekabr 2024-cü il tarixdə Respublika Narkoloji Mərkəzində keçirilən müayinə zamanı narkotik maddə hesab edilən MET istifadəçisi olduğu müəyyən edilmişdir. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 206 və 510-cu maddələri ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin M/N polis leytenantı Ümid Məmmədov tərəfindən tərtib edilmiş 07 dekabr 2024-cü il tarixli raportdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:44 radələrində vətəndaş X3 DİN-nin 102 xidmətinə zəng edərək, əri Asifin ona məxsus evin tavanını və döşəməsini qırıb yararsız vəziyyətə salması, geyimlərini küçəyə atması, polis yaxınlaşması barədə məlumat vermişdir; Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş 29 dekabr 2024-cü il tarixli, MN ******* və MN ******* saylı protokollardan görünür ki, 27 dekabr 2024-cü il tarixdə icraatda olan material ilə əlaqədar vətəndaş Şəxs PŞ-nə dəvət edilən zaman nalayiq küçə söyüşləri ilə polis əməkdaşlarını təhqir etmiş, barəsində 27 dekabr 2024-cü il tarixdə Respublika Narkoloji Mərkəzində keçirilən müayinə zamanı narkotik maddə hesab edilən MET istifadəçisi olduğu müəyyən edilmişdir; İnzibati qaydada tutma haqqında 27 dekabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs 27 dekabr 2024-cü il tarixdə saat 15:00-da tutulmuşdur; 27 dekabr 2024-cü il tarixli, 7990 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs sidik nümunəsində MET (+) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, 27 dekabr 2024-cü il tarixdə icraatda olan material ilə əlaqədar vətəndaş Şəxs PŞ-nə dəvət edilən zaman nalayiq küçə söyüşləri ilə polis əməkdaşlarını təhqir etmiş, barəsində 27 dekabr 2024-cü il tarixdə Respublika Narkoloji Mərkəzində keçirilən müayinə zamanı psixotrop maddə hesab edilən MET istifadəçisi olduğu müəyyən edilmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 27 dekabr 2024-cü il tarixdə protokol tərtib etmək üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbs etməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni 27 dekabr 2024-cü il tarixdən 15:00-dan hesablanmalıdır. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 510-cu maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 27 dekabr 2024-cü il tarixdən 15:00-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Azərbaycan Respublikası İXM-nin 37.1-ci maddəsinə əsasən Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-8257/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-8257/2024
29.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver