Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-859/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rzayev Anar Zahid oğlu, məhkəmə iclasının katibi Vəliyeva Elnarə Fəxrəddin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X9, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokollardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən evin hasarına bərkidilmiş qaz sayğacını oğurlayaraq X5 90 manat maddi ziyan vurmuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 36 saylı evdən 20 ABŞ dolları və 1 ədəd bijuteriya oğlurlayaraq X10 95 manat maddi ziyan vurmuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 1485 saylı bağ evindən dəmir boruları oğlurlayaraq X22 100 manat maddi ziyan vurmuşdur. Bundan başqa, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən həyət evindən 2 ədəd plastik turba və dəmir turbalar oğurlayaraq X16 80 manat maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə X17 məxsus evin zirzəmisindən 1 ədəd su qızıdırıcısı, 1 ədəd mis qazan oğurlayaq X17 100 manat məbləğində ziyan vurmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə X3 məxsus yeni tikilmiş evin qaz sayğacını oğurlayaraq 77 manat, 64 qəpik maddi ziyan vurmuşdur. Bundan başqa, xx.xx.2023-cü il tarixdə X11 məxsus evin həyətindən 1 ədəd su qızıdırıcısı oğurlayaq X11 100 manat məbləğində ziyan vurmuşdur. Qeyd olunan hadisələrlə bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X18 izahatında göstərmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə X17 məxsus evin zirzəmisindən 1 ədəd su qızıdırıcısı, 1 ədəd mis qazan oğurlayaq X17 100 manat, xx.xx.2023-cü il tarixdə X11 məxsus evin həyətindən 1 ədəd su qızıdırıcısı oğurlayaq X11 100 manat , xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 1485 saylı bağ evindən dəmir boruları oğlurlayaraq Mehman Musayevə 100 manat , xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 36 saylı evdən 20 ABŞ dolları və 1 ədəd bijuteriya oğlurlayaraq X10 95 manat, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən həyət evindən 2 ədəd plastik turba və dəmir turbalar oğurlayaraq X16 80 manat maddi, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən evin hasarına bərkidilmiş qaz sayğacını oğurlayaraq X5 90 manat, xx.xx.2023-cü il tarixdə X3 məxsus yeni tikilmiş evin qaz sayğacını oğurlayaraq 77 manat, 64 qəpik maddi ziyan vurmuşdur. Qeyd olunan hadisələrlə bağlı Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı, MN № ******* saylı inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş Şəxs izahatında göstərmişdir ki, o həqiqətən müxtəlif vaxtlarda zərərçəkmiş şəxslərə məxsus əşyaları gizli yolla talamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş iş üzrə digər zərərçəkmiş şəxslərə məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə X17 məxsus evin zirzəmisindən 1 ədəd su qızıdırıcısı, 1 ədəd mis qazan oğurlayaq X17 100 manat məbləğində ziyan vurmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 22 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X13 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş X17 məxsus evin zirzəmisindən 1 ədəd su qızıdırıcısı, 1 ədəd mis qazan oğurlayaq X17 100 manat məbləğində maddi ziyan vurmuş şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək üçün qəbul edilmiş qərarın surəti 14-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir. Qeyd olunan qərarın təsviri hissəsindən görünür ki, oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxs X17 100 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə X11 məxsus evin həyətindən 1 ədəd su qızıdırıcısı oğurlayaq X11 100 manat məbləğində ziyan vurmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X6 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş X11 məxsus evin həyətindən 1 ədəd su qızıdırıcısı oğurlayaq X11 100 manat məbləğində ziyan vurmuş şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək üçün qəbul edilmiş qərarın surəti 14-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir. Qeyd olunan qərarın təsviri hissəsindən görünür ki, oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxs Mehman Musayevə 100 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 1485 saylı bağ evindən dəmir boruları oğlurlayaraq X12 100 manat məbləğində ziyan vurmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 27 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X7 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bakı şəhəri Maştağa qəsəbəsi, Albalılıq bağ massivi 1485 saylı bağ evindən dəmir boruları oğlurlayaraq X12 100 manat məbləğində ziyan vurmuş şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək üçün qəbul edilmiş qərarın surəti 14-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir. Qeyd olunan qərarın təsviri hissəsindən görünür ki, oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxs X12 100 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 36 saylı evdən 20 ABŞ dolları və 1 ədəd bijuteriya oğlurlayaraq X10 95 manat manat maddi ziyan vurmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X8 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bakı şəhəri Maştağa qəsəbəsi, M.Şəfai küçəsi, 36 saylı evdən 20 ABŞ dolları və 1 ədəd bijuteriya oğlurlayaraq X10 95 manat maddi ziyan vurmuş şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək üçün qəbul edilmiş qərarın surəti 14-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir. Qeyd olunan qərarın təsviri hissəsindən görünür ki, oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxs X10 95 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən həyət evindən 2 ədəd plastik turba və dəmir turbalar oğurlayaraq X16 80 manat maddi ziyan vurmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 03 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, X14 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən həyət evindən 2 ədəd plastik turba və dəmir turbalar oğurlayaraq X16 80 manat maddi ziyan vurmuş şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək üçün qəbul edilmiş qərarın surəti 14-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir. Qeyd olunan qərarın təsviri hissəsindən görünür ki, oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxs X16 80 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən evin hasarına bərkidilmiş qaz sayğacını oğurlayaraq X5 90 manat maddi ziyan vurmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 31 dekabr 2022-ci il tarixli qərardan görünür ki, X4 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bakı şəhəri Maştağa qəsəbəsi, Xanlar yaşayış massivində yerləşən evin hasarına bərkidilmiş qaz sayğacını oğurlayaraq X5 90 manat maddi ziyan vurmuş şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək üçün qəbul edilmiş qərarın surəti 13-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir. Qeyd olunan qərarın təsviri hissəsindən görünür ki, oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxs X5 90 manat məbləğində maddi ziyan dəymişdir. İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixdə X3 məxsus yeni tikilmiş evin qaz sayğacını oğurlayaraq 77 manat, 64 qəpik maddi ziyan vurmuşdur. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X2 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, X3 məxsus yeni tikilmiş evin qaz sayğacını oğurlayaraq 77 manat, 64 qəpik maddi ziyan vurmuş şəxs və ya şəxslərin müəyyən olunaraq AR İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada məsuliyyətə cəlb edilməsini təmin etmək üçün qəbul edilmiş qərarın surəti 14-cü Polis Bölməsinin rəisinə təqdim edilmişdir. Qeyd olunan qərarın təsviri hissəsindən görünür ki, oğurluq hadisəsi nəticəsində zərərçəkmiş şəxs X3 77 manat, 64 qəpik məbləğində maddi ziyan dəymişdir. Şəxs polis bölməsində verdiyi müvafiq izahatlardan görünür ki, o, törətdiyi əməlləri etiraf etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclası zamanı iş materialları ilə X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 04 fevral 2023-cü il tarixdən, saat 17:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların Saxlama Məntəqəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-859/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-859/2023
06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver