Məhkəmə qərarları › İş №3(008)-869/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-869/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-869/2023 20.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə Şəxs ASC barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankından Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş EP ******* saylı, 01 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti Mərkəzi Bankın 6-1.26-2-2022-17682 saylı, xx.xx.2022-ci il tarixli sorğusu ilə tələb edilən 2021-ci ilə dair emitentin illik hesabatı göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Nəticədə Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin və Azərbaycan Respublikasının Mərkəzi Bankının məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmalarına baxmayaraq nümayəndələrinin məhkəməyə gəlməmələrinə qiymət verərək Azərbaycan Respublikası İXM-nin 112.1.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyəti məhkəməyə gəlməsi barədə xəbərdar olunsa da, nümayəndəsi məhkəməyə gəlməmişdir və onun təqsirsizliyini sübut edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən onun əməli tərtib olunmuş protokolla tam sübuta yetirilir. Məhkəmə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə inzibati xəta törətmiş hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən yoxlamaların keçirilməsinə maneçilik törədilməsinə və ya yoxlayıcıların yoxlama yerinə buraxılmamasına, yaxud həmin orqanların vəzifəli şəxslərinin qanuni tələbnamələrinin (qərarlarının) və ya icrası məcburi olan göstərişlərinin yerinə yetirilməməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə-vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş hüquqi şəxs Şəxs Açıq Səhmdar Cəmiyyətinin həmin inzibati xətanı törətdiyinə görə, onun əməlində Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsinin tərkibi vardır və onun əməli Azərbaycan Respublikası İXM-nin 548.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. O, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18, 25, 40, 43, 49- 51, 114, 128-131, 430.4-cü maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.1-ci maddəsi ilə təqsirli bilinsin və hüquqi şəxs qismində 6000 (altı min) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sabunçu rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: imza Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar