Məhkəmə qərarları › İş №3(008)-875/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-875/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-875/2023 10.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlu, Barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş protokolun ləğv olunmasına dair X1 şikayət ərizəsini Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: X2 barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş protokolun ləğv edilməsinə dair Bakı şəhər Sabunçu rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verə bilər. Məhkəmə ərizəyə baxaraq müəyyən etdi ki, qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, protokol əsasında qəbul edilmiş qərardan şikayət nəzərdə tutulduğu halda X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş protokolun ləğv edilməsini xahiş etmiş, şikayət ərizəsində barəsində şikayət verilən orqanın adı qeyd edilməmiş, eyni zamanda şikayət ərizəsi şikayətçi tərəfindən imzalanmamışdır. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, QƏRARA ALDİM: Barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş protokolun ləğv olunmasına dair X1 şikayət ərizəsi geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən işə baxan Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar