Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-887/2025 19.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X15 qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi nümayəndəsi X2, Hüquqi şəxs Şəxs nümayəndəsi X1 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Bakı şəhər idarəsinin məsləhətçi-əmək müfəttişi X9 tərəfindən hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 28 yanvar 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. 28 yanvar 2025-ci il tarixdə tərtib edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şahid1, X3, Şahid3, Şahid2 xx.xx.2025-ci il tarixdən, Şahid5, Şahid6 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi X6 protokola etiraz edərək bildirmişdir ki, aşağıda göstərilən əsaslara görə 26 sentyabr 2023-cü il tarixli, MN seriyalı ******* nömrəli İnzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilməlidir. Belə ki, inzibati orqan tərtib etdiyi protokolu əsaslandırmağa çalışarkən qeyd edir ki, “bu fakt Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş məlumatları ilə təsdiq edilir”, lakin inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən daxil olmuş hansı məlumatlar əsasında sözügedən şəxslərin işlərin icrasına cəlb edilməsi qənaətinə gəldiyini qeyd etmir. Çox güman ki, inzibati orqan Şəxs MMC tərəfindən bu şəxslərə Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş aldığı icazələr əsasında bu şəxslərin Şəxs MMC tərəfindən əmək müqaviləsi qanuni qüvvəyə minmədən işlərin icrasına cəlb edilməsi qənaətinə gələrək sözügedən Protokolu tərtib etmiş və baxılması üçün Məhkəməyə göndərmişdir. Qarabağ və Şərqi Zəngəzur rayonlarında fəaliyyət göstərən Şirkətlər işçilərinə Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazələrinin əldə edilməsi üçün Qarabağ və Şərqi Zəngəzur üzrə müvafiq Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarına müraciət edir, həmin işçilərin əmək müqavilələrinə xitam verildikdə isə, sözügedən icazələrin ləğvi ilə bağlı həmin Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarına məlumat göndərir. Yəni, Qarabağ və Şərqi Zəngəzur rayonlarında fəaliyyət göstərən heç bir şirkət şəxsən yaradılmış portala daxil edib işçilərinə icazələnin ala və ya icazələrinin ləğv edə bilmir. Portalda icazələrin alınması və icazələrin ləğv edilməsi səlahiyətləri yalnız müvafiq rayon üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşlarına məxsusdur. Məhkəmə bildirişi “İ- Mex" MMC-nə daxil olduqdan sonra tərəfimizdən araşdırma aparılmış və məlum olmuşdur ki, Şahid1, X4, Şahid3 və Şahid2 əmək müqavilələrinə 16 yanvar 2025-ci il tarixdə öz xahişləri ilə xitam verilmiş və icazələrinin ləğvi ilə bağlı 16 yanvar 2025-ci il tarixdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşına müraciət edilmişdir. Şahid5 və Şahid6 əmək müqavilələrinə isə, 27 yanvar 2025-ci il tarixindən öz xahişləri ilə xitam verilmişdir və icazələrinin ləğvi ilə bağlı 27 yanvar 2025-ci il tarixdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşına müraciət edilmişdir. Müraciətlər email vasitəsi göndərilmişdir. İcazələrin verilməsi və ya icazələrin ləğv edilməsi ilə bağlı müraciət edildikdən sonra müraciət edən şirkətlər hər hansı bir işçiyə icazənin verilməsi və ya icazəsinin ləğv edilməsi haqqında məlumatı verilmir. Şirkətlərin əməkdaşlarının portala daxil olmaq hüququ olmadığından və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı tərəfindən bu haqda heç bir məlumat təqdim edilmədiyindən hansı işçilərin icazələrinin portalda qüvvədə olduğunu və hansı işçilələrin icazələri ləğv olunduğu barədə məlumatın əldə edilməsi mümkün deyildir. Ümumiyyətlə Şəxs MMC-nin işçisinin Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş üçün icazəsinin mövcüd olması həmin şəxsin işlərin icrasına cəlb edilməsi anlamına gəlmir. Bütün yuxarıda qeyd olunanlardan görünür ki, sözügedən 6 işçi ilə bağlanılan əmək müqavilələrinə xitam verilmiş, əmək müqavilələrinə xitam verilmiş işçilərin Qarabağ və Şərqi Zəngəzur rayonlarına giriş icazələrinin ləğv edilməsi ilə bağlı Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşına müraciət edilmiş, lakin sonuncu tərəfdən bu işçilərin icazələri ləğv edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin əməkdaşları isə sistemə daxil olduqda və əmək müqavilələri xitam edilmiş işçilərin giriş icazələrini aşkar etdikdə həmin işçilərin əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirlməsinə cəlb edilməsi qənaətinə gəlmişlər. İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Həmçinin təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlmək olar ki, göstərilən inzibatı xətanın hüquqi şəxs tərəfindən törədilməsinə dair kifayət qədər sübut toplanılmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, MN serialı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi X10 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şahid1, X3, Şahid3, Şahid2 xx.xx.2025-ci il tarixdən, Şahid5, Şahid6 xx.xx.2025-ci il tarixdən hazırki tarixədək Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bununla da, Azərbaycan Respublikasının İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının Əmək Məcəlləsində qeyd olunmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi ilə bağlı inzibati xəta törətdiyinə görə həmin hüquqi şəxs inzibati məsuliyyətə cəlb olunmalıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 izahatında bildirmişdir ki, Qarabağ ərazisində Şəxs MMC-də əmək müqaviləsinə əsasən yanvarın 27-dək işləmişdir. Xəstəliyi ilə əlaqədar orada işləməyə davam edə bilməmişdir. O tarixdən sonra ümumiyyətlə Qarabağ ərazisinə getməmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən başqa yəni, əmək müqaviləsi olmadan Şəxs MMC-də işlərə cəlb edilməmişdir. Hazırda əmək müqaviləsi əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ustalıq fəaliyyəti ilə məşğul olur. Şəxs MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid6 izahatında bildirmişdir ki, 06 yanvar 2025-ci il tarixdən 27 yanvar 2025-ci il tarixədək əmək müqaviləsi əsasında Şəxs MMC-də işləmişdir. Sonradan başqa bir iş tapdığı üçün işdən çıxmışdır. Hazırda 29 yanvar 2025-ci il tarixdən Xankəndində başqa şirkətlə işləməyə başlamışdır. Əmək haqqını əmək müqaviləsinə xitam verildiyi gündən kard vasitəsilə əldə etmişdir. Şəxs ilə bağlı hər hansı bir şikayəti yoxdur. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid4 izahatında bildirmişdir ki, Qarabağ ərazisində Şəxs MMC-də əmək müqaviləsinə əsasən 16 yanvar 2025-ci il tarixədək işləmişdir. Yanvarın 16-sı işdən çıxdıqdan sonra rayona qayıtmış və daha sonra isə Ağdamda işləməyə başlamışdır. Əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra əmək müqaviləsi olmadan Şəxs MMC-də işlərə cəlb edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 izahatında bildirmişdir ki, Qarabağ ərazisində Şəxs MMC-də əmək müqaviləsinə əsasən 16 yanvar 2025-ci il tarixədək işləmişdir. Əmək haqqı ilə bağlı razılaşa bilmədiyinindən həmin tarixdən sonra işdən çıxmışdır. Əmək müqaviləsinə xitam verildikdən sonra yaşadığı ünvana getmişdir. Daha sonra Qarabağ ərazisinə getməmişdir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra əmək müqaviləsi olmadan Şəxs MMC-də işlərə cəlb edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 izahatında bildirmişdir ki, Qarabağ ərazisində Şəxs MMC-də əmək müqaviləsinə əsasən 16 yanvar 2025-ci il tarixədək işləmişdir. Əmək haqqı ilə bağlı razılaşa bilmədiyinindən həmin tarixdən sonra işdən çıxmışdır. Hazırda Ağdamda başqa bir şirkətlə əmək müqaviləsi bağlayaraq orada işləyir. Əmək müqaviləsinə xitam verildiyi tarixdən sonra əmək müqaviləsi olmadan Şəxs MMC-də işlərə cəlb edilməmişdir. İş materiallarında ola və məhkəmə iclası zamanı tədqiq edilmiş: Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli X-038 nömrəli əmrdən görünür ki, “Şuşa Layihəsi” bölməsində “Fəhlə” vəzifəsində işləyən Şahid5 İsmayıl oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-cil tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 4 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanılıb ödənilməsi mühasibə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli xxxxxxx0004X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli X-038 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid5 əmək müqaviləsinə 27 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 27 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli X-036 nömrəli əmrdən görünür ki, “Şuşa Layihəsi” bölməsində “Qeydiyyatçı” vəzifəsində işləyən Şahid6 Nazim qızı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 1.21 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli X-036 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid6 əmək müqaviləsinə 27 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 27 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli X-029 nömrəli əmrdən görünür ki, “Şuşa Layihəsi” bölməsində “Usta” vəzifəsində işləyən Şahid4 Orucqulu oğlu ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 1 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli xxxxxxx0002X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli X-029 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid4 əmək müqaviləsinə 16 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 16 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli X-030 nömrəli əmrdən görünür ki, “Şuşa Layihəsi” bölməsində “Usta” vəzifəsində işləyən Şahid2 Zabit oğlu ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 0.52 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli xxxxxxx0003X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli X-030 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid2 əmək müqaviləsinə 16 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 16 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli X-031 nömrəli əmrdən görünür ki, “Şuşa Layihəsi” bölməsində “Usta” vəzifəsində işləyən Şahid3 Zabit oğlu ilə bağlanılmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 0.46 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli xxxxxxx0004X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli X-031 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid3 əmək müqaviləsinə 16 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 16 yanvar 2025-ci il tarixdə imzalanmışdır; Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli X-028 nömrəli əmrdən görünür ki, “Şuşa Layihəsi” bölməsində “Usta” vəzifəsində işləyən Şahid1 Vəli oğlu ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2. “a”-tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən xx.xx.2025-ci il tarixindən xitam verilmiş, işçinin xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinə qədər istifadə edilməmiş 1.15 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi mühasibə həvalə edilmişdir; Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli xxxxxxx0005X0 nömrəli əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2025-ci il tarixli X-028 nömrəli əmr əsasında Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a bəndinə əsasən Şahid1 əmək müqaviləsinə 16 yanvar 2025-ci il tarixdə xitam verilmiş və bildiriş 16 yanvar 2025-ci il tarixdə imzalanmışdır; İnzibati xəta haqqında işin materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin və inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın səlahiyyətli nümayəndəsinin, şahidlərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, Şəxs MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, 03 sentyabr 2024-cü il tarixli protokolda Şəxs MMC tərəfindənDaxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış X5 və X7 müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilsə də, həmin şəxslərin hansı tarixdə işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı)hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin)yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin in inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 Xidməti yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni Şəxs MMC tərəfindən icazəsiistənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara əmək müqavilələrinə xitam verildikdən sonra gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, Şəxs MMC tərəfindənorada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Əksinə, məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş Şahid1, X3, Şahid3, Şahid2, Şahid5, Şahid6 yuxarıda qeyd edilən məzmunda izahatlar verərək Şəxs MMC tərəfindən əmək müqaviləsi olmadan işə cəlb edilmədiklərini bildirmişlər. Beləliklə, inzibati xəta haqqında protokolu tərtib etmiş orqan tərəfindən 03 sentyabr 2024-cü il tarixdə tərtib olunmuş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda hüquqi şəxs Şəxs MMC tərəfindən protokolda adları qeyd edilən şəxslərin hansı tarixlərdə əməyə cəlb edilməsi göstərilməmiş, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız informasiya sistemindən əldə edilmiş məlumatlara istinad edilməklə Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinın bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 8-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə görə həmin Məcəllənın 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53.2, 105.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Hüquqi şəxs Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXMnin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-887/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-887/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver