Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-892/2023 24.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X8 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili X4, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X9 nümayəndəsi X1, Hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X10 tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə 02 fevral 2023-cü il tarixli, ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, 02 fevral 2023-cü il tarixdə, saat 17:10-da ünvan 1 ünvanda dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satış məqsədi ilə saxlanması faktı aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X9 nümayəndəsi X2 hüquqi şəxsin yerləşdiyi ünvanda aşkar edilmiş vasitələrin dərman vasitələri olduğunu, bunun Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X10 tərəfindən də təsdiq edildiyini, bu barədə 2022-ci il tarixli məktubu məhkəməyə təqdim etmək istədiyini, hətta həmin dərman vasitələrinə gigiyenik sertifikatın verilməsini qəbul etsələr belə, AZ 021 RSK 11655 saylı gigiyenik sertifikatın vaxtının 26 dekabr 2020-ci il tarixdə başa çatdığını, bununla da həmin vasitənin gigiyenik vasitə statusunu itirdiyini qeyd edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq nümayəndə AR Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” X10 tərəfindən qeyd olunan dərmanlara gigiyenik sertifikat verməsinin yanlış olduğunu, əslində həmin dərmanların qeydiyyat keçməli olmasını göstərmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 MMC tərəfindən qeyd olunan “Eyedrop”, “Dexdrop”, X12”, "xxxx" adlı gigiyenik vasitələrin dərman hesab edilmədiyini, bununla bağlı MMC tərəfindən həmin vasitələrə məhz AR Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” X10 tərəfindən gigiyenik sertifikatların verildiyi və həmin vasitələrin gigiyenik vasitələr olmasının təsdiq edildiyini, nümayəndənin qeyd etdiyi müddəti başa çatmış sertifikatın müddəti bitdikdən sonra ölkəyə MMC tərəfindən eyni gigiyenik vasitənin idxal edilmədiyini, həmin gigiyenik vasitə idxal olunan zaman ona gigiyenik sertifikatın verildiyini, MMC tərəfindən hər hansı pozuntuya yol verilmədiyini qeyd edərək inzibati xətanın baş verməməsi əsası ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X3 X10 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan və yoxlama aktından görünür ki, 02 fevral 2023-cü il tarixdə Şəxs MMC-nə məxsus ünvan 2 ünvanında yerləşən aptekdə dövlət qeydiyyatından keçməyən dərmanların satışı və satmaq məqsədi ilə saxlanması faktı müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X10 tərəfindən verilmiş 08 may 2017ci il tarixli məktubdan görünür ki, “X12” göz damcısı məhsulu öz tərkibinə və istifadə göstərişinə əsasən dərman vasitəsi deyil. “Respublika Sanitariya-Karantin Mərkəzi” X9dən müxtəlif tarixlərdə verilmiş gigiyenik sertifikatlara əsasən “Eyedrop”, “Dexdrop”, X12”, "xxxx" adlı gigiyenik vasitələr təhlükəsizlik göstəricilərinə görə müayinə olunmuş və müvafiq tələblərə cavab vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X9 nümayəndəsi X2 tərəfindən təqdim edilmiş məktubdan görünür ki, “Eyedrop”, “Dexdrop”, X12”, "xxxx" dərman vasitələridir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 221.1-ci maddəsinə əsasən bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə inzibati xəta hadisəsinin baş verməsi iş materiallarında olan sənədlərlə istisna olunmuşdur. Belə ki, hüquqi şəxs tərəfindən iş materiallarına əlavə edilmiş AR Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” X10 tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli, 26 dekabr 2019-cu il tarixli, 16 mart 2023-cü il tarixli, 13 iyul 2022-ci il tarixli ggiyenik sertifikatlardan görünür ki, həmin sertifikatlarla “Eyedrop”, “Dexdrop”, X12”, "xxxx"-ın gigiyenik vasitələr olması təsdiq edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X10 tərəfindən verilmiş 08 may 2017-ci il tarixli məktubdan görünür ki, “X12” göz damcısı məhsulu öz tərkibinə və istifadə göstərişinə əsasən dərman vasitəsi deyil. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X9 nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş 29 noyabr 2022-ci il tarixli məktubda “Eyedrop”, “Dexdrop”, X12”, "xxxx"-ın dərman vasitələri olması göstərilsə də, həmin məktuba münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «X3» X9 müxtəlif illərdə müxtəlif hüquqi şəxslərə ünvanladığı məktublarla hər dəfə fərqli mövqe nümayiş etdirərək eyni vasitələrə bir məktubda dərman vasitəsi, digər məktubda isə dərman vasitəsi olmamasını göstərməsi həmin məktuba istinad edilməklə hüquqi şəxsin təqsirli olması qənaətinə gəlinməsinə imkan vermir. Həmçinin, məhkəmə həmin məktuba münasibətdə onu da qeyd edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi qurumu olan “Respublika Sanitariya-Karantin Mərkəzi” X10 tərəfindən verilmiş və mötəbər sübut kimi qiymətləndirilə bilən gigiyenik sertifikatlarla “Eyedrop”, “Dexdrop”, X12”, "xxxx"-ın gigiyenik vasitə olmasının təsdiq edildiyi halda bu halın sadəcə məktubla təkzib edilərək həmin vasitələrin gigiyenik deyil, dərman vasitəsi kimi qiymətləndirilməsi qanuni hesab edilə bilməz. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi AZ 021 RSK 11655 saylı gigiyenik sertifikatın vaxtının 26 dekabr 2020-ci il tarixdə başa çatdığını və artıq gigiyenik vasitə olması statusunu itirdiyini göstərsə də, nümayəndənin həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, sözügedən sertifikatda göstərilən “Dexdrop” adlı vasitənin gigiyenik vasitə olması təsdiq edilmiş və 26 dekabr 2020-ci il tarixdən əvvəl idxal edilmiş mala yenidən sertifikat verilməsi tələb olunmadığından eyni mala dair mal idxal olunan zaman sertifikatın verilməsi və 26 dekabr 2020-ci il tarixdən sonrakı tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yenidən eyni adlı vasitəni idxal edərək ona dair sertifikat almamasını təsdiq edən sübut olmadığından məhkəmə nümayəndənin həmin dəlilini də əsassız hesab edir. Məhkəmə göstərilənləri ümumiləşdirərək qeyd edir ki, AR İXM-nin 221.1-ci maddəsinin tərkibinin yaranması üçün dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı nəzərdə tutulmuşdur ki, hazırki halda səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında protokolun tərtib edilməsinə səbəb olan vasitələrin dərman vasitələri olmasını sübut edə bilməmiş, əksinə AR Səhiyyə Nazirliyinin digər qurumu “Respublika Sanitariya-Karantin Mərkəzi” X10 tərəfindən verilmiş sertifikatlarla həmin vasitələrin gigiyenik vasitələr olması təsdiq edilmişdir ki, bu da hazırki halda inzibati xəta hadisəsinin movcudluğunu istisna edir. Beləliklə, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta hadisəsi olmadığından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 53, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından AR İXM-nin 53.1.6-cı maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-892/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-892/2023
24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver