Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-9/2024 30.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Ayşən Müşfiq qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru İlqar Ağayevin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Qazax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda omaqla yaşayan Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(023)-1410/2018 saylı icra sənədinə əsasən icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, aliment borcunu ödəməmişdir. Hal-Hazırda aliment borcu 12400 manat təşkil edir. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru İlqar Ağayev tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək borcluya tələbin icrası üçün bildiriş göndərilmişdir. Bundan sonra, dəfələrlə borclu Şəxs yazılı və şifahi xəbərdarlıq edilərək qətnamənin icrası tələb olunmuşdur. Borclu, Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş və icrası bütün şəxslər üçün məcburi olan məhkəmə qərarının icrasını təmin etməmiş, icra sənədinin icrasında qərəzli olaraq yayınmış, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Göstərilənlərə əsasən borclu şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, psixi xəstəliklərdən əziyyət çəkir, bir neçə psixatriya müəssisələrində müalicə olunmuş, işləmək qabiliyyəti olmadığında alimenti ödəyə bilmir, hazırda dekabr ayından etibarən 3-cü qrup əlillik dərəcəsi almış, ona aylıq 150 manat pensiya müəyyən olunmuşdur ki, alimentin pensiyasına yönəldilməsinə etirazı yoxdur. Xahiş edirki, göstərilənlər nəzərə alınaraq barəsində iş üzrə icraata xitam verilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(023)-1410/2018 saylı icra sənədindən görünür ki, 30 oktyabr 2013-cü ildə anadan olmuş Yusif və 29 oktyabr 2015-ci ildə anadan olmuş Aylin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün cavabdeh Şəxs 17 avqust 2018-ci ildən başlayaraq ayda hər uşaq üçün 100 manat, cəmi 200 (iki yüz) manat məbləğində aliment alınaraq iddiaçı X2 ödənilməsi qətt edilmişdir; icraata başlamaq haqqında xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(023)-1410/2018 saylı icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; tələbin könüllü icrası haqqında xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli 2(023)-1410/2018 saylı cra sənədini könüllü icra etməsi xahiş olunmuşdur; İş materiallarında olan X1 xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Qazax Psixatriya xəstəxanasında “F20 şizofreniya paranoid forma, tutmaşəkilli proqredient” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Bundan başqa Şəxs barəsində olan ambulator kitabçadan çıxarışda göstərilmişdir ki, xəstə 1 Saylı Psixatriya xəstəxanasında müalicədə olmuşdur. xx.xx.2023-cü il tarixli 3384 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsinin ambulator məhkəmə psixiatrik ekspertiza rəyindən görünür ki, Şəxs hər hansı psixi xəstəlik qeyd olunmayıb. Şəxs təqsirləndirildiyi inzibati xətanı törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Şəxs hal-hazırda öz əməlinin (hərəkətinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır. Şəxs əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 15-ci maddəsinin təsiri altına düşmür. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında portaldan çıxarışdan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən İİİ dərəcə əlillik müəyyən edilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(023)-1410/2018 saylı icra sənədi üzrə aliment borcunu tam olaraq ödəməmişdir. Şəxs izahatında əmək qabiliyyətsiz olduğunu göstərsə də, iş materaillarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi haqqında portaldan çıxarışından görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdən İİİ dərəcə əlillik müəyyən edilmiş, həmin tarixdən əmək qabiliyyətsiz hesab olunmuşdur, yəni bundan əvvəl onun əmək qabiliyyətsiz olmasını təsdiq edən hər hansı hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi Şəxs psixi xəstəliklərdən əziyyət çəkdiyini, İİİ dərəcə əlillik müəyyən edilməsini, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini, habelə iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən təqsirli bilinməli, barəsində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-9/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-9/2024
30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver