Məhkəmə qərarları › İş №3(008)-931/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-931/2025

17.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-931/2025 17.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi ilə, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən X1 iştirakı ilə xx.xx.1992-ci il tarixdə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləyən, ünvan 1 ünvanında yaşayan X1 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu DYPŞ tərəfindən tərtib edilmiş 23 dekabr 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X6 Ramana qəsəbəsində M.Rəfibəyli küçəsi ilə üzü Qaraçuxur qəsəbəsi istiqamətində hərəkətdə olarkən sağdan T.Mustafayev küçəsi ilə hərəkət edib, sola dönərkən manevr qaydasını pozub, yolun sol tərəfindən sağa doğru yolu keçən piyadaçı Zərərçəkmiş şəxs vurmuş nəticədə piyadaçı yüngül bədən xəsarəti xəsarəti almışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən X5 işin materiallarında olan izahatına uyğun olaraq izahatında bildirmişdir ki, yaşadığı M.Rəfili küçəsi hərəkətdə olan zaman sağa doğru keçən piyada qadını idarə etdiyi avtomobilin sol yan hissəsi ilə vurmuş, daha sonra avtomobili saxlayıb həmin piyadaya ilkin tibbi yardım göstərib onu xəstəxanaya aparmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Ramana qəsəbəsi, Ramana Şuşa yolunda piyada keçərkən **-AX-*** dövlət qeydiyyat nişanlı avtomobil sağa doğru hərəkət edərək onu sol qolundan vuraraq xəsarətlər almışdır. Hadisədən sonra həmin avtomobilin sürücüsü onu xəstəxanaya gətirmişdir. Dəfələrlə həmin şəxsə bildirməsinə baxmayaraq ona dəymiş xəsarətlə əlaqədar yaranmış xərcin ödənilməsinə köməklik göstərmədiyindən X5 ilə barışmır və ondan şikayətçidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli 2867 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş X3 ağrı simptomu və hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı nahiyəsinin, sol sağrı və sol bud nahiyələrinin qançırları müəyyən edildi. Xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi zamanı törənə bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Famil Məsimov «xx.xx.2024-ci il cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən məlum olur ki, X5 yol-nəqliyyat hadisəsi zamanı sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına yüngül zərərvurmaya aid xəsarət aldığından, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alması faktı ilə əlaqədar şikayəti olmadığından toplanmış material üzrə X1 əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin əlamətlərinin olmasını nəzərə alaraq barəsində inzibati protokol tərtib edilərək inzibati tədbir görülməsi məqsədilə rədd materialının surəti Sabunçu RPİ-nin DYPŞ-nin vasitəsilə Sabunçu rayon məhkəməsinə göndərilmiş və barəsində cinayət işinin başlanması rədd edilmişdir; Bakı şəhəri Sabunçu rayon DYPŞ-nin 23 dekabr 2024-cü il tarixli AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan məlum olur ki, X1 törətdiyi əməldə İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan onun barəsində həmin maddə ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; İnzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı və müəyyən məbləğdə xərclərin ödəniməsi inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın X5 tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi səmimi peşmançılığını (İXM- 32.1.1) və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar