Məhkəmə qərarları › İş №3(008)-934/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-934/2025

13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-934/2025 13.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1999-cu il tarixdə Ağsu rayonu anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, “Emanat” şirkətində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, E.Bəkirli 54, həyət evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə “Hyundai Avante” markalı avtomobil ilə Sabunçu qəsəbəsindən Şəhər şossesi ilə üzü şəhər istiqamətində hərəkətdə olarkən qarşı yola çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdə hərəkət edən “Chevrolet Cobalt” markalı **-YG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, o da zərbədən idarəetməni itirib qarşıdan gələn “Chevrolet Orlando” markalı, **-MG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobillər zədələnmiş və “Chevrolet Orlando” markalı avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, “Hyundai Avante” markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə və BC dərəcəli sürücülük vəsiqəsi əsasında idarə edir. xx.xx.2024-cü il tarixdə saat 08:15 radələrində o, idarə etdiyi avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu Şəhər şossesi ilə üzü şəhər istiqamətində “Embavood” mebel mağazasının qarşısında hərəkətdə olarkən yol sürüşkən olduğundan idarəetməni itirərək qarşıdan gələn maşınla toqquşmuş, o, da iadrə etməni itirib yolun solunda hərəkət edən “Chevrolet Cobalt” markalı avtomobil ilə toqquşmuşdur. Zərərçəkmiş şəxsin ona qarşı tələbi və şikayəti yoxdur. O, heç bir manevr qaydasını pozmamışdır. Məhkəmədən qeyd edilənləri nəzərə alıb barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana və zərərçəkmiş şəxsə məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmişlər. Bununla da məhkəmə gəlməyən protokolu tərtib etmiş orqanın nümayəndəsinin və zərərçəkmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxslə telefon vasitəsilə əlaqə saxlanıldıqda işdə olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Nümayəndə «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarının surətindən məlum olur ki, “Hyundai Avante” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsi məqsədi ilə qərarın surətinin Sabunçu RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır; AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Sabunçu qəsəbəsindən Şəxs xx.xx.2024-cü il tarixdə “Hyundai Avante” markalı avtomobil ilə Sabunçu qəsəbəsindən Şəhər şossesi ilə üzü şəhər istiqamətində hərəkətdə olarkən qarşı yola çıxmaqla manevr qaydasını pozub, əks istiqamətdə hərəkət edən “Chevrolet Cobalt” markalı **-YG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, o da zərbədən idarəetməni itirib qarşıdan gələn “Chevrolet Orlando” markalı, **-MG-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə avtomobillər zədələnmiş və “Chevrolet Orlando” markalı avtomobilin sürücüsü yüngül bədən xəsarəti almışdır. Buna görə də Şəxs barəsində AR İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Publik Hüquqi şəxsi Sabunçu rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 3075 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, ilk dəfə inzibati xəta törətməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar