Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-94/2023 09.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əhmədova Göyçək Vahid qızının katibliyi, Bakı şəhəri Sabuncu RPİ-nin 42-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X1, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, xx xxxxxxxx 1983-cü ildə Ağdam rayonunun Sofulu kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, himayəsində azyaşlı uşağı olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirləndirilməsinə dair Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində tibbi müayinəsi zamanı tərtib edilmiş rəyə əsasən narkotik vasitələr THC(+) və MDMA(+) qəbul etməsi müəyyən edilmişdir. Şəxs əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmədə inzibati protokolu tərtib etmiş Bakı şəhəri Sabuncu RPİ-nin 42-ci Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə etdi və izahatında göstərdi ki, polis əməkdaşları 07 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsində baş vermiş cinayətlərin açılması istiqamətində xidmət aparan zaman iki nəfər şəxs özlərini şübhəli apardıqları üçün onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra şəxsiyyətini təsdiq edən sənədlərini istəmişlər. Onların üzərlərində sənəd olmadığı üçün onları Bakı şəhəri Sabuncu RPİ-nin 42-ci Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində müəyyən olunmuşdur ki, saxlanılan şəxslər Şəxs və X4r. 07 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində tibbi müayinəsi zamanı Şəxs analizindən narkotik maddələr THC(+) və MDMA(+) aşkar edilmişdir. Onun əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə protokollaşdırılıb, baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib olunmuş protokolun təmin olunmasını xahiş etdi. Məhkəmədə barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs özünü Аzərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə təqsirli bildi və ifadəsində göstərdi ki, 07 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Nardaran qəsəbəsində 3 nəfər polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmiş və ərazidə oğurluq hadisəsi olduğu üçün onlardan sənədlərini istəmişlər. Onların üzərində sənəd olmadığı üçün polis əməkdaşları onları Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinə gətirmişlər. Polis bölməsində arada narkotik vasitə olan marixuana istifadə etdiyini etiraf etmişdir. Bundan sonra onu 07 yanvar 2023cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə aparmışlar və tibbi müayinəsi zamanı onun analizindən narkotik maddələr aşkar edilmişdir. Söz verir ki, bir daha belə hala yol verməyəcəkdir. İş materiallarındakı xx.xx.2023-cü il tarixli 64 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Şəxs tibbi mayinəsi zamanı Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hazırda müayinə zamanı Mürsülov X3 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materaillarında olan, 07 yanvar 2023-cü il tarixli, 1/64 saylı Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Şəxsnın sidiyində narkotik maddələr AMP(+) və THC(+) aşkar edilmişdir. İş materiallarında olan 07 yanvar 2023-cü il tarixli, 017743 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 07 yanvar 2023-cü ildə, saat 19:06-da inzibati qaydada tutulmuş, 09 yanvar 2023-cü il tarixdə, saat 11:00-da azad edilmişdir. Barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs əməli öz ifadəsi, tərtib olunmuş inzibati xəta haqqında protokolla, ekspert rəyi, inzibati qaydada tutma haqqında protokolu və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmədə barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxsnın əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində bir azyaşlı uşağının olmasını iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edib qiymətləndirir, iş üzrə məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Bunlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh tətbiq edilən şəxs Şəxs həmin inzibati xəta əməli Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur, o, həmin maddə ilə təqsirli bilinərək, maddənin sanksiyası həddində inzibati qaydada cərimə edilməklə cəzalandırılmalıdır. Eyni zamanda inzibati tənbeh tətbiq edilən şəxs Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Qeyd olunanlara əsasən Аzərbaycan Рespublikası İXM-nin 40, 43, 49-51, 55.2, 114-115, 117, 206-cı maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinsin və o, 300 (üç yüz) manat inzibati qaydada cərimə edilsin. Şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim Anar Rzayev
Məhkəmə qərarları › İş №3(008)-94/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-94/2023
09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver