Məhkəmə qərarları › İş №3(008)-95/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-95/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-95/2023 09.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova İfadə Gündüz qızının katibliyi, X1 iştirakı ilə, 25 iyun 1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəh, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsi, ev 23, mənzil 124-də qeydiyyatda olan və yaşayan-X2 Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 16 dekabr 2022-ci il tarixli, EQ 12491656, 16 dekabr 2022-ci il tarixli, EQ 12491658, 16 dekabr 2022-ci il tarixli, EQ 12491714, 16 dekabr 2022-ci il tarixli, EQ 12491716, 16 dekabr 2022-ci il tarixli, EQ 12491641, 16 dekabr 2022-ci il tarixli, EQ 12491654 və 16 dekabr 2022-ci il tarixli, EQ 12491657 nömrəli inzibati xəta haqqında qərarlarından verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 16 dekabr 2022-ci il tarixli EQ 12491656, 16 dekabr 2022-ci il tarixli EQ 12491658, 16 dekabr 2022-ci il tarixli EQ 12491714, 16 dekabr 2022-ci il tarixli EQ 12491716, 16 dekabr 2022-ci il tarixli EQ 12491641, 16 dekabr 2022-ci il tarixli EQ 12491654 və 16 dekabr 2022-ci il tarixli EQ 12491657 nömrəli qərarlarına əsasən X4 cərimə olunmuşdur. X4 həmin inzibati tənbeh vermə haqqında qərarlardan şikayət vermişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış lakin Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 bildirdi ki, 07 oktyabr 2020-ci il tarixdən Azərbaycan Respublikası Ali Məhkəməsində baş mütəxəssis (sürücü) vəzifəsində çalışır. **-AS-*** dövlət qeydiyyat nişanlı “Honda Akkord minik” markalı xüsusi təyinatlı nəqliyyat vasitəsi ona təhkim edilib və tərəfindən idarə edilir. Avtomobili idarə etdiyi dövrdə 2022-ci ilin may ayında 2 dəfə, iyul ayında 2 dəfə, sentyabrda 1 dəfə, oktyabrda 2 dəfə olmaqla barəsində Baş Dövlət Yol Polis İdarəsi Mərkəzi İnformasiya Sisteminin məlumatları ilə elektron qaydada inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Lakin protokolların tərtib edilməsindən xeyli vaxt keçəndən sonra, yəni 2022-ci ilin 16 dekabrında qərarlar qəbul edilmiş və bu zaman ona heç bir xəbərdarlıq edilməmiş, protokolların tərtib edilməsinə əsas olmuş hallar və sübutlar təqdim edilməmiş, bununla da, hüquqları pozulmuşdur. Göstərilənləri nəzərə alaraq, şikayətinin təmin olunmasını, həmin qərarların ləğv edilərək qərarların icraatına xitam verilməsini xahiş edir. Məhkəmə işdə iştirak edən X1 izahatını dinləyib, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 16 dekabr 2022-ci il tarixli EQ 12491656, 16 dekabr 2022ci il tarixli EQ 12491658, 16 dekabr 2022-ci il tarixli EQ 12491714, 16 dekabr 2022-ci il tarixli EQ 12491716, 16 dekabr 2022-ci il tarixli EQ 12491641, 16 dekabr 2022-ci il tarixli EQ 12491654 və 16 dekabr 2022-ci il tarixli EQ 12491657 nömrəli inzibati xəta haqqında qərarların qanuniliyini və əsaslığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət təmin olunmalı, həmin qərarlar ləğv edilməlidir. İş materiallarına əlavə edilmiş 16 dekabr 2022-ci il tarixli EQ 12491656, 16 dekabr 2022-ci il tarixli EQ 12491658, 16 dekabr 2022-ci il tarixli EQ 12491714, 16 dekabr 2022ci il tarixli EQ 12491716, 16 dekabr 2022-ci il tarixli EQ 12491641, 16 dekabr 2022-ci il tarixli EQ 12491654 və 16 dekabr 2022-ci il tarixli EQ 12491657 nömrəli inzibati xəta haqqında qərarların surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 xx.xx.2022-ci il tarixdə müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 20 (iyirmi) manat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 40 (qırx) manat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 20 (iyirmi) manat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 10 (on) manat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 60 (altmış) manat, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 20 (iyirmi) manat və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, qəbul edilmiş qərar əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət təmin edilməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 şikayəti təmin edilsin. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin 16 dekabr 2022-ci il tarixli, EQ 12491656, 16 dekabr 2022-ci il tarixli, EQ 12491658, 16 dekabr 2022-ci il tarixli, EQ 12491714, 16 dekabr 2022-ci il tarixli, EQ 12491716, 16 dekabr 2022-ci il tarixli, EQ 12491641, 16 dekabr 2022-ci il tarixli, EQ 12491654 və 16 dekabr 2022-ci il tarixli, EQ 12491657 nömrəli inzibati tənbeh vermə haqqında qərarlar ləğv edilsin, inzibati xəta haqqında material üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar